main-post-cover

    Snapdragon 888 Pro prosessoru eksklüziv olaraq yalnız Çin istehsalı smartfonlarda istifadə oluna bilər

    Elm & Texnologiya
    26.04.2021
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Snapdragon 888 prosessorunun Pro versiyası artıq müxtəlif testlərdən keçib və irimiqyaslı istehsal prosesinə keçməyə hazırlaşır. Bununla yanaşı insayderlər bildiriblər ki, Snapdragon 888 Pro prosessoru yalnız Çin istehsalı smartfonlarda quraşdırılacaq. Məlumatda qeyd edilib ki, Qualcomm-un bu yeni prosessoruna sahib smartfonlar bu ilin üçüncü rübündə satışa çıxacaqlar. Snapdragon 888 Pro-nun texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin güman olunur ki, o, adi Snapdragon 888-dən yüksək tezlikdə çalışma özəlliyi ilə fərqlənəcək.
        Prosessor 5 nanometrlik texnoloji proses sayəsində istehsal olunacaq və istehsal prosesi Tayvanın TSMC şirkətinin zavodlarında reallaşdırılacaq. Gözləntilərə əsasən adi Snapdragon 888-dən fərqli olaraq Pro versiya həmçinin qızmaya daha az meylli olacaq. Bununla yanaşı insayderlər bildiriblər ki, orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 700 seriyası bu il artıq yeni prosessor modelini əldə etməyəcək. Beləliklə 2022-ci ilə kimi bu seriyanın ən güclü prosessoru Snapdragon 780G olaraq qalacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər