main-post-cover

    Snapdragon 8cx Gen 4 prosessoru Apple M3-dən daha güclü ola bilər

    Elm & Texnologiya
    30.05.2023
    Emil Nəcəfov
        Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş Snapdragon 8cx Gen 4 prosessorunu hələ təqdim etməyib. Lakin buna baxmayaraq internetdə artıq onun performans testinin nəticələri ortaya çıxıb. Əgər performans testi nəticələri həqiqəti əks etdirirlərsə, Snapdragon 8cx Gen 4 prosessoru bəzi göstəricilər üzrə Apple şirkətinin gələcək M3 prosessorundan daha güclü olacaq. Beləliklə verilmiş məlumata əsasən Snapdragon 8cx Gen 4 prosessoru Geekbench 5 bençmarkının çox nüvəli testi çərçivəsində 15 000 xal toplayıb.
        Məlumatda qeyd edilib ki, Apple M3 prosessoru isə eyni test çərçivəsində 11 000 xal toplayıb. Bu isə o deməkdir ki, çox nüvəli test çərçivəsində Qualcomm prosessoru Apple prosessorundan 33% daha yüksək nəticə sərgiləyib. İnsayderlərin sözlərinə əsasən bir nüvəli test çərçivəsində Snapdragon 8cx Gen 4 prosessoru Apple M3-dən geridə qalıb. Qualcomm-un noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorunu nə zaman təqdim edəcəyi və onu ilk olaraq hansı cihazların əldə edəcəkləri bilinmir.
    Linki kopyala