
Snapdragon 8s Elite prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
16.01.2025
Emil
Heç şübhəsiz Qualcomm hal-hazırda Snapdragon 8 Elite prosessorunun subflaqman versiyası olacaq Snapdragon 8s Elite üzərində çalışır. Dünən biz hazırlanan bu yeni prosessor barəsində xəbər vermişdik. İndi isə məlum olub ki, sözügedən yeni prosessor təqdimata hazırlaşan iQOO Z10 Turbo adlı smartfonun tərkibində Geekbench testlərindən keçib. Digital Chat Station ləqəbli məşhur insayder tərəfindən təqdim edilmiş fotoya əsasən Snapdragon 8s Elite prosessoru Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 1967 xal, çox nüvəli testi çərçivəsində isə 5827 xal toplayıb. Qeyd etmək lazımdır ki, son məlumat sızıntısına əsasən Snapdragon 8s Elite 8 nüvəli olacaq və nüvələr onun tərkibində “1 + 3 + 2 + 2” sxemi üzrə yerləşəcəklər. Prosessorda Qualcomm-un fərdi Oryon nüvələrindən deyil, Cortex-X4 və Cortex-A720 nüvələrindən istifadə ediləcək.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
