Snapdragon Elite Gaming: Snapdragon 855 prosessorunun mobil oyun imkanları

Snapdragon Elite Gaming: Snapdragon 855 prosessorunun mobil oyun imkanları

Texnologiya
07.12.2018 PAYLAŞIM

    Snapdragon 855 flaqman prosessoru təkcə 5G modem ilə təkmilləşdirilmiş süni zəka hesablamaları əldə etməyib. Belə ki, yeni prosessorun əsas özəlliklərindən biri də yüksəlmiş qrafik performans olub. Qualcomm şirkətinin təmsilçiləri yeni prosessor əsasında Android cihazlarındakı mobil oyun imkanlarının genişlənməsində əsas rolu oynayan yeniliklərdən danışıblar. Qeyd etmək lazımdır ki, Snapdragon 845-dən fərqli olaraq Snapdragon 855-də olan Adreno 640 qrafik sürətləndirici 20% daha sürətli olub. Bundan əlavə olaraq Snapdragon 855 prosessorunun yeni arxitekturası istifadəçinin oyun təcrübəsinin artırılması üçün virtual və artırılmış reallıq texnologiyalarının dəstəkləndiyi oyunlarda 6 azadlıq səviyyəsini (istifadəçinin bu cür oyunlarda tam sərbəst şəkildə istənilən cür hərəkət etməsi) özündə birləşdirir.


Bənzər xəbər


    Bu cür oyunlarda performansın yüksəlməsi əsasən GPU, Hexagon adlı köməkçi prosessor və təsvirin emalı bloku (ISP) arasında yüklənmənin paylaşdırılması sayəsində mümkün olub. Snapdragon 855 prosessorunun əsas fərqləndirici özəlliklərindən biri də Snapdragon Elite Gaming texnologiyası olub. Bu texnologiya özündə Vulkan 1.1 qrafik arxivini birləşdirir. Bu isə öz növbəsində tətbiqlərə kənar drayverlərsiz birbaşa GPU əməliyyatlarının idarəolunması özəlliyini verir. Nəticədə oyunlarda olan kadr itmələri 90% aşağı salına bilər. Performansın yaxşılaşdırılması əsasən multiplayer oyunlarda özünü göstərəcək. Yeni prosessorda olan mobil oyun sisteminin daha bir üstünlüyü də API Vulcan texnologiyasındadır. Bu texnologiya enerji sərfiyyatının aşağı salınmasında daha effektiv rol oynayr. OpenGL proqram interfeys ilə müqayisədə API Vulcan vasitəsilə Snapdragon 855 prosessorunun olduğu flaqman smartfonlarda enerji sərfiyyatı 20% daha aşağı olur.


    PBR funksiyası sayəsində oyun tətbiqlərində işıq ilə oyun mühitinin səthi arasında olan qarşılıqlı əlaqə maksimal dərəcədə təbii görünür, Bu texnologiya artıq bir çox PC oyunlarında istifadə edilir. Bu texnologiyanın mobil cihazlara inteqrasiya olunması nəticəsində mobil cihazlara bir sıra məşhur oyun seriyalarının yaxın gələcəkdə işıq üzü görmələrini gözləmək olar. Yeni prosessorun hesablama gücü HDR və təsvirin kinematoqrafik emalı dəstəyinə sahib oyunların işə salınmasına imkan verir. Online oyunların əsas tələbkar özəlliklərindən biri də stabil şəbəkə qoşulmasıdır. Snapdragon Elite Gaming texnologiyası özündə xidmətin keyfiyyət sistemini (QoS) birləşdirir. Bunun sayəsində sistem oyun paketlərinin prioritetlərini təyin edir və kənar tətbiqlərin trafiki öz üzərlərinə çəkməsinin qarşısını alır.


    Səs keyfiyyəti də oyunlarda vacib rol oynayan özəlliklərdən biridir. Əsasən də multiplayer oyunlarda. Qualcomm AptX kodekinin yenilənmiş versiyası oyunlarda yüksək səs keyfiyyətini və hətta Bluetooth qulaqlıqlarda da minimal gecikməni təmin edir. Səs siqnalının keyfiyyətindən isə həcmli səs ilə ətrafdakı səs-küyün boğulması funksiyalarına sahib Qualcomm Aqstic texnologiyası cavabdehdir. Bütün bunlardan əlavə olaraq yeni prosessorun enerji sərfiyyatı məsələsi də təkmilləşdirilib. Belə ki, qrafik performansın yüksəlməsinə baxmayaraq Snapdragon 845-dən fərqli olaraq Snapdragon 855 prosessoruna sahib olan cihaz bir dəfə şarj olunandan sonra daha çox çalışa bilir. Snapdragon Elite Gaming texnologiyalı ilk oyun smartfonlarının 2019-cu ildə çıxacaqları gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×