
Snapdragon X Elite desktop prosessoru Intel və Apple M2 prosessorları ilə müqayisə edilib
Elm & Texnologiya
19.01.2024
Emil
Qualcomm şirkəti keçən il Snapdragon 8 Gen 3 ilə yanaşı Windows kompüterlər üçün nəzərdə tutulmuş Snapdragon X Elite adlı desktop prosessorunu da təqdim etmişdi. İndi isə XDA-Developers saytı Snapdragon X Elite prosessorunu Intel və Apple M2 prosessorları ilə müqayisə edib. Aparılmış testlərdən belə qənaətə gəlmək olar ki, əgər Snapdragon X Elite prosessorunun noutbuklara inteqrasiya ediləcək zamanda həmin noutbuklar bu cür nəticələr sərgiləsələr, prosessor rahatlıqla Intel və Apple M2 prosessorlarına ciddi rəqib ola bilər.

Beləliklə Snapdragon X Elite prosessoruna sahib noutbuklar qismində Qualcomm X Elite A (enerji sərfiyyatı 80 vatt) və X Elite B (enerji sərfiyyatı 23 vatt) adlı cihazlar istifadə edilib. Intel tərəfdən Core Ultra 7 155H prosessoruna sahib iki noutbuk çıxış edib. Söhbət, HP Spectre x360 14 və ASUS Zenbook 14 OLED-dən gedir. Apple tərəfdən isə M2 prosessoruna sahib MacBook Air istifadə edilib. Bu cihazlar 5 ədəd bençmarkda testlərdən keçiblər. Geekbench 6.2, Cinebench 2024, Wild Life Extreme, GFXBench Aztec Ruins (1080p) və PCMark 10.

Təqdim edilmiş fotolardan da görmək olar ki, Snapdragon X Elite prosessoru yalnız PCMark 10 bençmarkının testlərində digər prosessorlardan geridə qalıb. Bu bençmarkda qalib ASUS Zenbook 14 OLED olub. MacBook Air isə PCMark 10 testlərində ümumiyyətlə iştirak etməyib. Digər bütün bençmarkların test nəticələrində birinci yerləri məhz Qualcomm X Elite A cihazı tutub.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
