
Snapdragon X Plus desktop prosessoru təqdim edilib
Elm & Texnologiya
25.04.2024
Farid
Qualcomm keçən il Snapdragon X Elite adlı desktop prosessorunu təqdim etmişdi. İndi isə şirkət daha bir yeni desktop prosessorunu təqdim edib. Söhbət, Snapdragon X Plus-dan gedir. Sözügedən prosessor Snapdragon X Elite prosessorunun bir qədər sadələşdirilmiş versiyasıdır. Bununla belə Snapdragon X Elite kimi Snapdragon X Plus da Qualcomm-un Oryon adlı fərdi nüvələrini əldə edib və özündə güclü neyron çipini birləşdirir. Snapdragon X Plus prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, 10 nüvəyə sahibdir. Prosessorun maksimal çalışma tezliyi 3.4 GHz, onun CPU keş yaddaşının həcmi isə 42 MB təşkil edir.

Snapdragon X Plus LPDDR5X-8448 standartlı RAM yaddaşlarını dəstəkləyir və özündə 45 TOPS-a kimi performansa sahib Qualcomm Hexagon adlı neyron çipini birləşdirir. Qualcomm-un sözlərinə əsasən digər analoqlarla müqayisədə Snapdragon X Plus prosessoru enerji sərfiyyatının 54% aşağı salınması ilə 37% daha çox performansı sərgiləyir. Qualcomm Hexagon neyron çipi sayəsində isə bu prosessora sahib olacaq cihazlarda müxtəlif süni zəka funksiyalarını işə salmaq olar. Məlumatda qeyd edilib ki, Snapdragon X Plus lokal süni zəka modellərini, 5G və Wi-Fi 7-ni, o cümlədən 3 ədəd 4K keyfiyyətli monitorun qoşulmasını dəstəkləyir. Snapdragon X Elite və X Plus prosessoruna sahib ilk cihazların bu ilin ortasında təqdim olunacaqları gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
Qualcomm öz növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4-ü bu ilin ikinci yarısında təqdim edəcək.

Elm & Texnologiya
Qualcomm-un Snapdragon X Plus adlı yeni desktop prosessoru Geekbench testlərindən keçib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Snapdragon X Plus adlı yeni desktop prosessorunu təqdim etməyə hazırlaşır.

Elm & Texnologiya
Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
PhoneArena saytı öz mənbələrinə istinadən Qualcomm və Samsung şirkətlərinin növbəti flaqman prosessorları barəsində maraqlı bir məlumatı çatdırıb.

Elm & Texnologiya
Snapdragon 8 Gen 4 prosessoru smartfonların daha böyük həcmli batareyalar əldə etmələrinə səbəb ola bilər
Qualcomm şirkəti növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4 üzərində aktiv çalışmağa davam edir.

Elm & Texnologiya
Qualcomm Snapdragon X Plus adlı daha bir desktop prosessor üzərində çalışır
Qualcomm şirkəti keçən il Snapdragon X Elite adlı desktop prosessorunu təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət daha bir yeni desktop prosessorunun iki versiyasını artıq test edir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
