Logo
    main-post-cover

    Snapdragon X prosessorları rahatlıqla Apple M2-ni geridə qoyurlar

    Elm & Texnologiya
    12.10.2023
    Emil
         Snapdragon daha öncə stolüstü kompüter və noutbuklar üçün anons etdiyi Snapdragon X adlı prosessorlarını hələ təqdim etməyib. Lakin insayderlər xəbər veriblər ki, şirkətin yeni Snapdragon X prosessorları rahatlıqla Apple M2 prosessorunu geridə qoya bilirlər. Buna sübut olaraq insayderlər Snapdragon X prosessorlarından birinin Geekbench 6 bençmarkındakı test nəticələrini açıqlayıblar. Onların sözlərinə əsasən Snapdragon X seriyasına daxil olan Homoa kod adına sahib yeni prosessor Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2600 xal, çox nüvəli testi çərçivəsində isə 14 000 xal toplayır.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, Apple M2 prosessoruna sahib MacBook Air (2022) noutbuku Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2570 xal, çox nüvəli testi çərçivəsində isə 9638 xal toplayır. İnsayderlər həmçinin qeyd ediblər ki, Homoa kod adlı prosessorun bu cür nəticələri əldə etməsinin əsas səbəbi onda 3.6 GHz tezlikdə çalışan Nuvia adlı nüvənin istifadə edilməsindədir.
         Bununla belə nüvənin çalışma tezliyinin 4 GHz-ə yüksəldilməsi halında prosessorun bir nüvəli testi çərçivəsində sərgilədiyi performans 29 000 xala yüksəlir. İnsayderlər bildiriblər ki, prosessorun belə yüksək nəticələr sərgiləməsinə baxmayaraq onun enerji effektivliyi özəlliyi o qədər də yaxşı səviyyədə deyil. Stolüstü kompüter və noutbuklar üçün nəzərdə tutulmuş Snapdragon X prosessorları bu ayın sonunda Snapdragon 8 Gen 3 prosessoru ilə birlikdə təqdim oluna bilərlər.
    Paylaş