Logo
    main-post-cover

    Snapdragon X80 5G modemi təqdim edilib

    Elm & Texnologiya
    27.02.2024
    Emil
         Qualcomm şirkəti smartfonlar, avtomobillər və s. cihazlar üçün nəzərdə tutulmuş yeni 5G modemini təqdim edib. Yeni modem Snapdragon X80 5G adını əldə edib və o özündə süni zəka çipini birləşdirir. Qualcomm-un sözügedən yeni 5G modemi peyklərə qoşula bilir və aşağı enerji sərfiyyatı kimi üstünlüyə sahib olmaqla yüksək performansı sərgiləyir. Qualcomm bildirib ki, Snapdragon X80 5G modemi bazarda bu ilin ikinci yarısında istifadəyə veriləcək.
         Məlumatda qeyd edilib ki, sözügedən modem məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi imkanına sahibdir və o, daha öncəki 5G modem ilə müqayisədə öz yerini GPS-ə qoşulmadan 30% daha dəqiqliklə təyin edə bilir. Snapdragon X80 5G modemi məlumatların qəbulu üçün eyni anda 6 tezlik diapazonundan istifadə edən yeganə modem oldu. Bu modem sıx zolaqlı rabitə və peyk rabitəsi ilə çalışa bilir. Üstəlik o, 5G mmWave texnologiyasını dəstəkləyir. Snapdragon X80 5G modeminə sahib ilk smartfonların bu ilin ikinci yarısında təqdim olunacaqları gözlənilir.
    Paylaş