Softbank yüzlərlə ölkəni pulsuz elektrik enerjisi ilə təmin edəcək

Softbank yüzlərlə ölkəni pulsuz elektrik enerjisi ilə təmin edəcək

Texnologiya
07.10.2018 PAYLAŞIM

    Yaponiyanın Softbank adlı mediakorporasiyası əmindir ki, onun günəş enerjisinə olan investisiyaları 25 ildən sonra öz bəhrəsini verəcək. Həmin müddətdən sonra texnologiyaların inkişafı ucuz elektrik stansiyaların inşasına imkan verəcək və beləliklə elektrik enerjisi demək olar ki, pulsuz şəkildə insanlara təqdim ediləcək. Müştərilər isə yalnız günəş panellərini təmizləyən robotlara görə ödəniş edəcəklər. Softbank pulsuz elektrik enerjisi ilə Beynəlxalq Günəş İttifaqı-nın (ISA) iştirakçı ölkələrini təmin edəcək.

    Qeyd etmək lazımdır ki, bu ittifaqa 120-dən çox ölkə daxildir. Sözügedən planı Softbank-ın CEO-su Masayoshİ Son elan edib. Ölkələr elektrik enerjisinin əldə olunması üçün yalnız ilk 25 il ərzində ödəniş etməli olacaqlar. 25 ildən sonra isə elektrik enerjisi tamamilə pulsuz təqdim olunacaq. 25 ildən sonra ödənişlər yalnız xidmət prosesi üçün olacaq. Son-un sözlərinə əsasən günəş panellərinin təmizlik işləri üçün robotlardan istifadə etmək olacaq. Softbank-ın CEO-nun fikrincə günəş elektrostansiyaları 25 ildən sonra öz bəhrəsini verəcək uğurlu investisiya sahəsidir.

Bənzər xəbər



    Bununla yanaşı Son əmindir ki, həmin elektrik stansiyaları 100 illərlə xidmət göstərməyə qadir olacaqlar. O həmçinin qeyd edib ki, ölkələr artıq ümumi elektrik şəbəkəsini yaratmaq üçün bir araya gəlməlidirlər. Bundan əvvəl Softbank Hindistanda günəş enerjisinin inkişafı üçün 100 milyard dollar investisiya yatıracağını söz vermişdi. İnkişafda olan ölkələr yaxın gələcəkdə təmiz enerji sahəsində lider təmsilçilər olmaqda böyük şanslara sahibdirlər. Hindistan və Çin bərpa olunan enerji sahəsində artq inkişaf etmiş ölkələri geridə qoyur. Həmin ölkələr böyük investorlardan külli miqdarda investisiya cəlb edə bilirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×