Sökülmüş binalardan və havadan istehsal edilən inqilabi beton icad edilib!
Elm & Texnologiya
16.08.2024
Farid Pardashunas
Tikinti sənayesinin istixana qazı emissiyalarına təsirini azaltmaq üçün Tokio Universitetinin tədqiqatçıları, sökülən binalardakı materiallardan və atmosferdəki CO2 qazından istifadə edərək bərpa olunan beton istehsal etmə üsulu hazırlayıblar.
Bu yeni hazırlanmış texnologiya, "Calcium Carbonate Circulation System for Construction" adlanır (Tikinti üçün Kalsium-karbonat sirkulyasiya sistemi - qısaca C4S). Bu üsulla ənənəvi beton istehsalında istifadə edilən əhəng daşı əvəzinə sökülən binalardan və havadakı karbon qazından əldə edilən betondan istifadə edərək kalsium karbonatlı beton istehsal olunur. Bu proses, istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldır, çünki ənənəvi beton istehsalında tələb olunan yüksək istilik proseslərini aradan qaldırır.
İlk cəhdlərdə kiçik və az möhkəm bloklar istehsal edilsə də, sonralar məktəb binasından alınan betondan istifadə edilərək daha böyük və davamlı bloklar yaradıla bilib. İstehsal olunan bu beton, bloklar, yaşayış binaları və hətta səki tikintisi kimi müxtəlif sahələrdə istifadə oluna biləcək qədər möhkəmdir. Tədqiqatçılar, bu bərpa olunan beton texnologiyasının potensialını daha da inkişaf etdirməyi hədəfləyirlər. Onların məqsədi 2030-cu ilə qədər bu beton bloklardan istifadə edərək 2 mərtəbəli ev tikməkdir. Bundan əlavə, bir çox başqa şirkətlər də beton sənayesində inqilab etmək üçün müxtəlif yollara baxırlar. Məsələn, tamamilə sementsiz beton istehsal edən şirkətlər də var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qədim Romadan ilham alan yeni sement texnologiyası hazırlanıb!
Qədim Romadan ilham alan yeni sement texnologiyası hazırlanıb!
Sublime Systems adlı startap, Qədim Romadan ilhamlanaraq yeni sement texnologiyası hazırlayıb. Bildirilir ki, yeni sement, ildə 4 giqaton karbon qazını aradan qaldıracaq.
Alimlər, ətraf mühitə daha az zərər verən sementsiz beton ixtira ediblər!
Alimlər, ətraf mühitə daha az zərər verən sementsiz beton ixtira ediblər!
Beton, tikinti sənayesində ən çox istifadə olunan materialdır. Bununla belə, betonun zərərləri də kifayət qədər yüksəkdir. Alimlər, buna görə də ənənəvi betonun ətraf mühitə təsirini azaltmaq üçün sementsiz beton ixtira ediblər. Yeni material həm ekoloji cəhətdən təmiz, həm də davamlı bir alternativ təklif edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!