
Son 10 ilin ən uğursuz texnoloji məhsulları
Elm & Texnologiya
10.06.2017
Emil
iPhone, sensorlu smartfonlar
dövrünə start verərək son 10 ilin ən uğurlu texnoloji məhsulu oldu. Lakin ən
inqilablı ixtiradan əvvəl 10-an yaxın uğursuz layihə olur. Elə isə gəlin son 10
ilin ən uğursuz texnoloji məhsullarını xatırlayaq.
HD DVD:

2002-ci ilin sonunda “Toshiba” və “NEC” şirkətləri, HD DVD adlı
yeni format yaratdılar. Bu format, adi DVD formatını əvəz edəcəkdi. Lakin həmin
vaxtda “Sony” şirkəti Blu-Ray formatını hazırlayırdı. “Sony” şirkəti bir çox
film studiyalarına və əlaqələrə sahib idi. Məhz ona görə o, digər böyük şirkətləri,
Blu-Ray formatından istifadə etmələri üçün yola gətirdi. Rəqiblər arasındakı
müharibə 2008-ci ildə sona çatdı. Belə ki, həmin ildə şirkətlər HD DVD
formatının dəstəklənməsinə son qoydular. Nəticə etibarilə “Toshiba” şirkəti,
uğursuz layihə üçün 1 milyard dollar pul xərcləmişdi.
Google Lively:

2008-ci ildə “Google” şirkəti, Linden Lab-ın Second
Life adlı uğurlu layihəsinin öz analoqunu yaratmaq fikrinə düşdü. Beləliklə
şirkət özünün virtual sahəsini yaratdı. Lakin bu layihə, Second Life kimi
ayrıca bir tətbiq deyildi. Bu, Flash üzərindən çalışmış virtual çat otaqlar
kolleksiyası idi. İdeya çox maraqlı idi. Lakin nəticədə reallaşdırılmış məhsul,
Seond Life kimi effekt vermədi. Lively, Facebook ilə müqayisədə çox böyük bir
layihə idi. Layihəyə start veriləndən bir neçə ay sonra o bağlandı.
Microsoft Zune:

2001-ci ildə “Apple” şirkəti, iPod-u təqdim edərək rəqəmsal
musiqi sənayesini başdan ayağa dəyişdi. 5 ildən sonra isə “Microsoft” şirkəti
öz məhsulu olan Zune-u təqdim etdi. Müsbət rəylərə baxmayaraq Zune ona görə
uğursuz oldu ki, o, bazarda çox gec satışa çıxdı. Bundan əlavə olaraq onun çox
bərbad marketinq kampaniyası var idi. Çox aşağı satış göstəricilərinə
baxmayaraq “Microsoft” şirkəti onu 6 il ərzində dəstəklədi. 2012-ci ildə isə
Zune layihəsi tamamilə bağlandı.
Windows Phone:

“Microsoft” şirkəti, Windows Phone 7-ni 2010-cu ildə təqdim etdi. Yəni, birinci iPhone
modelinin satışa çıxmasından 3 il və ilk Android smartfonların bazara
çıxmasından 2 il sonra. Həmin vaxtda artıq bir çox istifadəçilər iOS və Android
ekosistemlərinə uyğunlaşmışdılar ki, bu cür gecikmə, şirkətə baha başa gəldi.
Öz layihəsini inkişaf etdirmək ümidi ilə 2014-cü ildə “Microsoft” şirkəti,
Nokia brendini aldı. Lakin 1 ildən sonra bu qərar yalnız milyardlarla dollar vəsaitin
itirilməsinə gətirib çıxardı. Hal hazırda Windows Phone-nun smartfonlar
bazarındakı dəyəri 1%-dən aşağıdır.
BlackBerry Storm:

İlk iPhone modelinin satışa
çıxmasından sonra həmin vaxtlarda lider şirkət olmuş “BlackBerry” qeyd edirdi ki, insanlar
klaviaturadan istifadəyə çox uyğunlaşıblar və onlar sensorlu ekrana keçid etmək
istəməyəcəklər. Lakin insanlar iPhone modelini almağa başladılar və “BlackBerry” tez bir zamanda
Storm adlı smartfonu təqdim etdi. Bu smartfon tez-tez yararsız hala gəldiyindən
2008-ci ildə şirkət, satmış olduğu milyona yaxın smartfonu dəyişməli oldu. Nəticədə
şirkət, 500 milyon dollar vəsait itirdi. “BlackBerry”nin səhmləri sürətlə aşağı
düşməyə başladı və keçən il şirkət, smartfon istehsalından tamamilə imtina
etdi.
HP Touchpad planşeti:

2011-ci ildə “HP”
şirkəti, iPad-ın rəqibi olan Touchpad adlı planşet yaratdı. Bir aydan
sonra şirkət bildirdi ki, o, yeni planşet də daxil olmaqla webOS əməliyyat
sistemi ilə çalışan bütün cihazların istehsalını dayandırır. Belə qərarı ilə
şirkət, mobil bazardan getməyi planlaşdırırdı. Yerdə qalan Touchpad-lar isə 99$-dan
satışa çıxarılmışdı. Hal hazırda Touchpad, ən qısa ömürlü planşet modeli adını
daşıyır.
Facebook Home:

2013-cü ildə “Facebook”, Android sistemli cihazlar üçün
Facebook Home platformasını hazırladı. Bu platforma sayəsində istifadəçilər sürətli
şəkildə sosial şəbəkədəki postları izləyə, öz postlarını paylaşa, dostları ilə
yazışa və bir sıra tətbiqləri işə sala bilirdilər. Bundan əlavə olaraq sözügedən
platforma, Facebook-dakı bütün bildirişləri avtomatik şəkildə smartfonun əsas
ekranında əks etdirirdi. Görünür bu üsulla şirkət, bütün mobil əməliyyat
sistemlərini ələ keçirtməyə çalışırdı. Lakin mənfi rəylər nəticəsində bu platforma
tamamilə uğursuz oldu. Nəticədə isə “Facebook” öz Messenger-i vasitəsilə
vahid bir platforma yaratmalı oldu.
Google Glass:

İlk öncə “Google” şirkəti, Google Glass cihazını
2013-cü ildə Explorer adlı bağlı proqram çərçivəsində işə salmışdı. Yalnız 1
ildən sonra bu cihaz kütləvi şəkildə təqdim olundu. İlk öncə Google Glass-ın
qiyməti 1500$ təşkil edirdi. Lakin irimiqyaslı satışlara yaxın, şirkət, cihazın
qiymətini aşağı salacaqdı. Bir çoxları düşünürdülər ki, Googla Glass, yeni
hesablayıcı platforma olacaq. Lakin bir çox təşkilatlar bu cihazdan istifadə
etməkdən imtina etdi. Adi istifadəçilərə isə onun qiyməti və görünüşü xoş
olmadı. 2015-ci ildə isə şirkət onu satışdan çıxardaraq yaxın gələcəkdə cihazın
daha təkmilləşdirilmiş versiyasını təqdim etməyi söz verdi.
“Amazon” şirkətinin Fire Phone adlı smartfonu:

2014-cü ildə “Amazon” şirkəti özünün Kindle Fire adlı
planşetinin uğurunu təkrarlayacağı ümidilə Fire Phone adlı smartfonunu təqdim
etdi. Android və iOS smartfonları istifadə edən bir çox istifadəçiləri yeni
smartfon cəlb etmədi. Satışa çıxdığı ilk ayda şirkət onun qiymətini 199$-dan
0.99$-a endirdi. Lakin ilin sonunda yaxşı olmayan satışlar nəticəsində şirkət,
170 milyon dollar dəyərində vəsait itirdi. 2015-ci ildə isə şirkət bu
smartfondan tamamilə imtina etdi.
Samsung Galaxy Note 7:

Keçən il məşhur Samsung Galaxy
smartfonları, batareyalarda olan prblemlərə görə partlamağa başladılar. Həmin
hadisələrdən sonra yaranmış panika nəticəsində milyonlarla istifadəçi öz
cihazlarını geri qaytardı, şirkət isə Galaxy Note 7-nin istehsalatını
dayandırdı. Keçən ilin 3-cü rübündə “Samsung” şirkəti, 2.3 milyad dollar vəsait
itirdi. Keçən ilki uğursuzluğa baxmayaraq hal hazırda şirkətin yeni smartfonu
olan Galaxy S8-ə yüksək dərəcədə tələbat var. Bu isə o deməkdir ki, yaranmış
böyük uğursuzluq sözügedən brendi məhv edə bilmədi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
