
Son Dəqiqə: Apple Watch Series 4 təqdim olundu
Elm & Texnologiya
12.09.2018
Emil
Apple şirkəti özünün smart saat modelinin yeni nəsli olan Apple Watch Series 4-ü təqdim
etdi. Yeni nəsil smart saat yeni dizayn və funksiyalara sahibdir. Apple Watch Series 4 iki
versiyada satışa çıxacaq. 40 mm və 44 mm ölçülərdə. Ekran ölçüsünün böyüməsi ilə
yanaşı həmçinin smart saatın bir şarj vasitəsilə çalışma müddəti də yüksəlib. Yeni
smart saat modelinin arxa panel dizaynı da dəyişib. Həmçinin Apple Watch Series
4-ün səsgücləndiriciləri də bir qədər gücləndirilib.

Smart saat 64 bitlik S4
prosessoru ilə təchiz olunub. Bu prosessor əvvəlki versiyadan 2 dəfə sürətlidir.
Saatın ekran ətrafındakı çərçivələri daha da nazikləşdirilib, ekranın özü isə 35%
böyüdülüb. Böyüdülmüş ekran sayəsində istifadəçi ekranda daha çox məlumatı izləyə
bilər. Saatın arxa paneli keramikadan hazırlanıb. Digital Crown düyməsi isə daha da təkmilləşdirilib.
Yeni nəsil Apple Watch istifadəçinin yıxılmasını da təyin edə bilir. Belə ki, əgər
sözügedən smart saat istifadəçisi yıxılsa və 1 dəqiqə ərzində ayağa durmasa Apple
Watch Series 4 bu barədə məlumatlanacaq və xilasetmə xidmətinə siqnal göndərəcək.
Buna isə öz növbəsində smart saatda olan təkmilləşdirilmiş akselerometr sayəsində nail olunub.

Apple Watch Series 4 həmçinin ürək fəaliyyəti ilə bağlı problemləri
də təyin edə bilir. Bu isə o deməkdir ki, saat elektrokardioqrafiya
texnologiyasını özündə birləşdirir. Bundan sonra sözügedən smart saat istifadəçisi
öz ürək fəaliyyətinin vəziyyətini istənilən yerdə 30 saniyəyə yoxlaya biləcək.
Beləliklə istifadəçi istənilən an öz səhhəti ilə bağlı problemləri öyrənə biləcək
və saat vasitəsilə aşkar edilmiş problemləri sürətli şəkildə öz həkiminə göndərə
biləcək. Apple Watch Series 4 üç rəngdə satışa çıxacaq: Boz, qızılı və gümüşü.
Smart saatın adi versiyası 399$ qiymətinə, LTE modemə sahib versiyası isə 499$-a
satılacaq.Smart saatlar 17 Sentyabr tarixindən başlayaraq WatchOS 5 əməliyyat
sisteminə sahib olacaqlar. Apple
Watch Series 4-ün satışlarına 21 Sentyabr tarixində start veriləcək.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
