SON DƏQİQƏ! Huawei gizli kameralı 'MateBook X Pro'nu təqdim etdi

25.02.2018 0 PAYLAŞIM 1107 OXUNMA

    Barcelonadan xəbərlər gəlməkdə davam edir. Az əvvəl baş tutan Huawei -in mətbuat konfransında şirkətin 2 yeni məhsulu təqdim olundu. Gözlənildiyi kimi, şirkət bu dəfə flaqman smartfon seriyası olan P ailəsinin növbəti üzvünü bu konfransda təqdim etmədi. 

    Konfranda ilk olaraq çoxdandır gözlənilən və internetə məlumatları çox az sızan bir cihaz təqdim olundu. Söhbət Huawei MateBook X Pro modelindən gedir. Matebook tam olaraq metal gövdəyə sahibdir. Ən önəmli xüsusiyyəti ekranın tam olaraq "touch-screen" olmasıdır. Bundan əlavə ekranın çərçivəyə nisbəti 91% -dir ki, bu da ideala yaxın rəqəmdir. Cihaz "CPU" olaraq "intel Core i7" ilə təchiz olunub. "USB Type-C" dəstəyi də mövcuddur.

    Söndürüb-yandırma düyməsinin üzərində barnmaq izi oxucusu yerləşdirilib. Bununla siz istifadəçi panelini 7 saniyə ərzində aça bilərsiniz. İncəlik mövzusunda da Matebook meydan oxuyur. Təqdimat zamanı da Apple -a olan göndərmələri gözümüzdən qaçmadı.

    MateBook təhlükəsizlik mövzusunda da yenə ön plandadır. Mark Zuckerberg -in 2016 -cı ildə kameranın üzərini bağladığı şəkilə inad olaraq, şirkətin mühəndisləri xırda bir innovasiya təqdim etdilər. Belə ki, əsas kamera klaviatura üzərində gizlədilib. Siz bir toxunuşla kameranı aça və gizlədə bilərsiniz.

Photo credits: AndyBoxall   
 Cihaz 2018 -ci ilin ikinci rübündən etibarən 1499 avro qiymətlə istehlakçıya təqdim olunacaq. Qeyd edək ki, bu model Matebook keçən ilki, Matebook X -in davamçısıdır və MateBook X Pro adlanır.

    Təqdimat zamanı Huawei eyni zamanda 2 tablet də təqdim etdi. MediaPad M5MediaPad M5 Pro adlanan bu cihazlardan birincisi 8.4 düyüm, ikincisi isə 10.8 düyüm ekrana sahibdir. MediaPad, Samsung və Appleda olduğu kimi xüsusi bir stilusa da sahibdir. Stilus MatePad M5 Pro modeli üçün nəzərdə tutulub və M Pen adlanır.

    Qeyed edək ki, Technote hal-hazırda Mobil Dünya Konqresində iştirak edir və baş verən ən son xəbərləri sizə çatdıracağıq. Yayımımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.Təqdim olunacaq yeni cihazları Azərbaycanda Kontakt Home -dan əldə edə biləcəksiniz.