Son Dəqiqə! Nokia nə az nə çox 5 model smartfon təqdim etdi! Gözləri yaşardan model

Son Dəqiqə! Nokia nə az nə çox 5 model smartfon təqdim etdi! Gözləri yaşardan model

25.02.2018 PAYLAŞIM

    MWC 2018 -in başlamasına 1 gün qalmış smartfon brendləri yarışa girib. Günün 3 -cü mətbuat konfransında HMD Global, Barcelonanın Müasir İncəsənət muzeyində növbəti smatfonlarını tanıtdı. Nokia bu dəfə gözləniləndən çox cihaz təqdim etdi. Technote olaraq iştirak etdiyimiz konfransda aşağıdakı cihazlar təqdim olundu:

    Nokia az əvvəl baş tutan konfransda 5 yeni Nokia modelini təqdim etdi. Sözügedən modellər Nokia 1, Nokia 6, Nokia 7 Plus, Nokia 8 SiroccoNokia 8110


    Nokia bu ilki konfransda da bizə nostalji hisslər yaşatdı. (Keçən il 3310 təqdim olunmuşdu) Bu dəfə yenə bir əfsanə canlandırıldı. Söhbət yenilənmiş Nokia 8110 modelindən gedir. Model sələfindən fərqli olaraq 4G dəstəyi 79 avroluq qiyməti ilə bizə döndü. Telefon banan sarısı və qara rənglərində təqdim olunur. Telefonda Google Assistant, Facebook, Twitter kimi tətbiqlər yer alır. Və təbii ki, ilan oyunu da var. Telefonun batareya ömrü nə az nə çox düz 17 gündür.Photo credit: Engadget

Nokia 1

    Nokia -nın bu modeli "Google" ailəsinin üzvüdür. Belə ki, artıq Nokia da saf Android-ə sahib bir smartfon təqdim etdi. Nokia 1 modelində Android Oreo Go yüklüdür. Cihaz aşağı büdcəli seqmenti hədəf alır və qiyməti 85$ -dır. 1.1 GHZ sürətli prosessor MediaTek -dən güc alır. 1 GB RAM və 8 GB -lıq daxili yaddaşa sahibdir ki, daxili yaddaş 128 GB -a qədər artırıla bilir. Ekran 4.5 düyümlük 854x480 ölçülərindədir. 5MP2MP kamera büdcəsinə görə bu smartfon üçün yaxşıdır. 2150 mAh -lıq batareya isə dəyişilə bilir. Hətta qulaqlıq girişi belə var.Photo credit: Engadget

Nokia 6

    Yanvar ayında Çin bazarı üçün təqdim olunan artıq Aprel ayından etibarən qlobal bazar üçün də təqdim olunacaq. 279 avro qiyməti ilə orta seqment model olan bu cihaz Snapdragon 630 -dan güc alır və 2.2 GHZ sürətlə çalışır. 32 GB -lıq daxili yaddaşlı modelində 3 GB və 64 GB -lıq daxili yaddaşlı modelində 4 GB RAM yer alır. 5.5 düyümlük ekran isə Full HD keyfiyyətində təqdim olundu. 16 MP arxa və 8 MP -lik ön kamera da cihaz da yer alıb. Modeldə USB Type C girişi mövcuddur.Photo credit: Engadget

Nokia 7 Plus

    Çin bazarı üçün keçən ilin Oktyabr ayında təqdim olunan Nokia 7 -dən çox fərqlənir. Belə ki, bu modeldə iki arxa kamera yer alıb. Kameralardan biri 12 MP -dir və "Zeiss Optic" lensə sahibdir. Digər kamera isə 13 MP keyfiyyətindədir və 2x optik yaxınlaşdırma xüsusiyyəti var. Ön kamera isə nə az nə çox 16 MP -dir. 399 avro qiymətlə avropa bazarına təqdim olunacaq bu modeldə 4 GB RAM var. Daxili yaddaş isə 64 GB təşkil edir. 3800 mAh batareya isə USB Type C -dən güc alır. Cihazda Android Oreo ƏS -i quraşdırıılıb və qulaqlıq girişi var.Photo credit: Engadget

Nokia 8 Sirocco

    Nokianın növbəti bayraqdar modeli və əjdahası deyə bilərik. Android Oreo -nun yüklü olduğu bu cihazda Snapdragon 835 çipi quraşdırılıb. 6 GB RAM 128 GB -lıq daxili yaddaş hər şeyə kifayət edəcək. Suya və toza qarşı davamlı IP67 sertifikatına sahibdir. Eyni zamanda "wireless charging" ilə təqdim olunur. Batareya həcmi isə 3260 mAh -dır. Eynilə Nokia 7-də olduğu kimi bu cihazda da ikili arxa kamera yer alıb. Kameralardan biri 12 MP (Zeiss Optic), digəri isə x2 optic yaxınlaşdırmaya sahibdir və 13 MP -dir. Lakin gözlənilməyən bir halda ön kamera cəmi 5 MP -dir. Cihazın ekranı 5.5 düyümdür (OLED) və 2K keyfiyyətində təqdim olunur. Bizə Samsung modellərindən tanış olan əyri ekran xüsusiyyəti modeldə yer alır. Belə ki, cihazın ekranı hər iki tərəfdən qövsvari şəkildə əyilir. Cihaz 749 avro qiymətlə satışa çıxacaq.

    Qeyd edək ki, MWC çərçivəsində baş verən hadisələri sizə operativ şəkildə çatdırmaq üçün Barselonadayıq və qısa zaman ərzində sizlərlə yeni cihazların video icmallarını bölüşəcəyik. Qeyd edək ki, yayımlanan materialların sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.

Photo credit: Engadget

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×