main-post-cover

    SON DƏQİQƏ: OnePlus 5 modeli rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    20.06.2017
    Farid Pardashunas

    “OnePlus” şirkəti, rəsmi olaraq OnePlus 5 modelini təqdim etdi.

    Xarici görünüşcə OnePlus 5, iPhone 7 Plus modelinə bənzəyir. Belə ki, iki model arasında oxşarlıqlar çoxdur. Məsələn ikili arxa kameranın, loqonun, və kənar düymələrin yerləşmə tərzi, iPhone 7 Plus-ı xatırladır. Smartfonun USB Type-C və 3.5 mm-lik standart audiogirişi olduğu aşağı hissəsi isə tamamilə fərqlənir. OnePlus 5-in barmaq izi skanı, ön panelindəki “Home” düyməsinə inteqrasiya olunub. Ekran özü isə keramik çərçivələrlə qorunur. Texniki göstəricilərə gəldikdə isə OnePlus 5, 5.5 inç Full HD Optic AMOLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş, 3300 mAh enerji tutumlu batareya, biri 16 MP, digəri isə 20 MP olmaqla ikili arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. 6 GB RAM ə 64 GB daxili yaddaşa sahib model 479$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 539$-a satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər