
SON DƏQİQƏ: OnePlus 5 modeli rəsmi olaraq təqdim olundu
Elm & Texnologiya
20.06.2017
Emil
“OnePlus” şirkəti, rəsmi olaraq OnePlus 5 modelini təqdim etdi.

Xarici görünüşcə OnePlus 5, iPhone 7 Plus modelinə bənzəyir.
Belə ki, iki model arasında oxşarlıqlar çoxdur. Məsələn ikili arxa kameranın,
loqonun, və kənar düymələrin yerləşmə tərzi, iPhone 7 Plus-ı xatırladır.
Smartfonun USB Type-C və 3.5 mm-lik standart audiogirişi olduğu aşağı hissəsi
isə tamamilə fərqlənir. OnePlus 5-in barmaq izi skanı, ön panelindəki “Home” düyməsinə
inteqrasiya olunub. Ekran özü isə keramik çərçivələrlə qorunur. Texniki göstəricilərə
gəldikdə isə OnePlus 5, 5.5 inç Full HD Optic AMOLED ekran, 8 nüvəli Snapdragon
835 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş, 3300 mAh enerji tutumlu
batareya, biri 16 MP, digəri isə 20 MP olmaqla ikili arxa kamera və 16 MP-lik
ön kamera ilə təchiz olunub. 6 GB RAM ə 64 GB daxili yaddaşa sahib model 479$-a,
8 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 539$-a satılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
