SON DƏQİQƏ: OnePlus 8 və OnePlus 8 Pro flaqman smartfonları təqdim olundular - QİYMƏTİ

SON DƏQİQƏ: OnePlus 8 və OnePlus 8 Pro flaqman smartfonları təqdim olundular - QİYMƏTİ

Texnologiya
14.04.2020 PAYLAŞIM

    Uzun müddət olmuş çoxlu sayda məlumat sızıntılarından sonra OnePlus şirkəti sonunda OnePlus 8 OnePlus 8 Pro flaqman smartfon modellərini təqdim etdi. Bununla yanaşı şirkət sonunda pərəstişkarların sözlərinə qulaq asaraq yeni smartfonlarına sudan qorunma özəlliyini və naqilsiz şarj texnologiyasını ələvə etdi. OnePlus 8 seriyası əvvəlki OnePlus 7OnePlus 7T seriyasından xarici görünüşcə fərqlənir. Belə ki, adi OnePlus 8 modeli 2400x1080 piksel keyfyyətli kənarları əyilmiş 6.5 düym AMOLED ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa smartfon ekranına inteqrasiya edilib.

Bənzər xəbər


    Arxa panel baxımından adi OnePlus 8 modeli tamamilə OnePlus 7 Pro-nu xatırladır. Belə ki, OnePlus 7 Pro-da olduğu kimi adi OnePlus 8 modeli də üçlü arxa kamera ilə təchiz olunub. OnePlus 8 Pro modelinə gəldikdə isə o, əvvəlki modellərdən o qədər də çox fərqlənmir. Əsas fərqlilik ondan ibarətdir ki, OnePlus 8 Pro-da hərəkətli ön kamera sistemli reallaşdırılmayıb. Bunun yerinə ön kamera smartfon üzərindəki kiçik dairəvi çıxıntı daxilində yerləşdirilib. Beləliklə OnePlus 8 Pro modeli 3168x1440 piksel keyfiyyətli 6.78 düym AMOLED ekrana sahibdir. Hər iki smartfonun ekranı HDR10+ texnologiyasını dəstəkləyir. Qeyd etmək laızmdır ki, adi OnePlus 8-in ekranı 90 Hz tezlikli təsvir yenilənməsinə, OnePlus 8 Pro-nun ekranı isə 120 Hz tezlikli təsvir yenilənməsinə sahibdir.

    Sözügedən iki smartfon öz aralarında ekran ölçülərindən əlavə olaraq həmçinin kamera və batareya göstəriciləri ilə də fərqlənirlər. Qeyd etmək lazımdır ki, OnePlus 8 Pro modeli şirkətin ilk smartfonudur ki, IP68 standartı üzrə sudan qorunma özəlliyini özündə birləşdirir. Bütün bunlardan əlavə olaraq OnePlus 8 Pro-da MEMC çipi reallaşdırılıb. Bu çip real zaman ərzində smartfon ekranında əks olunan videonun kadrlar tezliyini 120 fps-ə qaldıra bilir. Bu üsul ilə istifadəçi smartfonun ekranına uyğun kontent axtarmadan yüksək keyfiyyətli müxtəlif videolardan həzz ala bilər.

    Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus 8 smartfonu Snapdragon 865 prosessoru, Adreno 650 qrafik sürətləndirici, LPDDR4x standartlı 8/12 GB RAM (OnePlus 8 Pro-da LPDDR5 standartlı), UFS 3.0 standartlı 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.7 diafraqmalı Sony IMX586, OIS + EIS) + 16 MP (f/2.4 diafraqma, 116 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə Warp Charge 30T adlı sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya həcmi ilə təchiz olunub. Arxa kamera və batareya göstəriciləri istisna olmaqla digər bütün özəlliklər baxımından OnePlus 8 Pro modeli OnePlus 8 ilə eynidir.

    Belə ki, OnePlus 8 Pro modeli 48 MP (f/1.78 diafraqmalı Sony IMX689, OIS + EIS) + 48 MP (f/2.2 diafraqmalı Sony IMX586, 120 dərəcə bucaq təsviri) + 8 MP (f/2.2 diafraqma, OIS, 3 qat hibrid zoom) + 5 MP (f/2.4 diafraqma) + lazer avtofokus dördlü arxa kamera və 30 vatt gücündə sürətli naqilli və naqilsiz 4510 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı OnePlus 8 Pro modeli həmçinin ikitərəfli şarj texnologiyasını da dəstəkləyir. Hər iki smartfon OxygenOS interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. OnePlus 8 seriyası 21 aprel tarixində satışa çıxacaq. Smartfonların qiymətləri isə aşağıdakı kimidir.

- 8 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 8 - 699$

- 12 GB RAM və 256 GB daxili yaddaşa sahib OnePlus 8 - 799$

- 8 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 8 Pro - 899$

- 12 GB RAM və 256 GB daxili yaddaşa sahib OnePlus 8 Pro - 999$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×