
SON DƏQİQƏ: Samsung Galaxy Note 8, rəsmi olaraq təqdim olundu (VİDEO)
Elm & Texnologiya
23.08.2017
Emil
“Samsung” şirkəti rəsmi olaraq Galaxy Note 8 smartfonunu təqdim etdi.
Öz dizaynını Galaxy Note 8, Galaxy S8-dən götürüb. Yəni,
Galaxy Note 8, kənar çərçivələrsiz və yuxarı ilə aşağı hissədə çox nazik çərçivələrə
sahib smartfondur. Smartfonun korpusu metal çərçivələrlə əhatə olunub, onun
arxa və ön paneli isə şüşə örtüyə sahibdir. Ön panelin aşağı hissəsindəki kiçik
çərçivələr səbəbilə barmaq izi skanı, smartfonun arxa panelindəki kameranın
yanına yerləşdirilib. Qeyd etmək lazımdır ki, barmaq izi skanına alternativ
kimi Galaxy Note 8 həmçinin göz qişası skanı özəlliyinə də sahibdir. Həmçinin
smartfon, IP68 standartı üzrə qorunmaya da sahibdir. Bu o deməkdir ki, o,
tozdan, kiçik hissəciklərdən qorunur və onu 1.5 metr dərinliyində suya endirmək
olar. Galaxy note 8, bu seriyanın ən böyük ekranına sahib modelidir.

Belə ki,
o, 6.3 inç Quad HD+ Super AMOLED ekran ilə təchiz olunub. Həmçinin yeni
smartfon özündə Always on
Display funksiyasını da qoruyub saxlayıb. Böyük ekranda yenilənmiş S Pen
stilusu ilə işləmək çox rahatdır. Keçmiş versiyalardan fərqli olaraq yenilənmiş
stilus daha nazik başlığa sahibdir. S Pen vasitəsilə deaktiv olunmuş ekran üzərində
belə, qeydlər aparmaq mümkündür. Daha bir maraqlı funksiya isə hansısa ismarıcı
yazıb daha sonra onu GIF animasiya şəklində göndərməkdir. Galaxy Note 8, bu
seriyanın ilk modeldiir ki, ikili arxa kameraya sahibdir. Belə ki, onlardan
biri f/1.7 diafraqmalı və Dual Pixel texnologiyalı genişformatlı obyektivə
sahib 12 MP-lik, digəri isə ikiqat optik zoom üçün nəzərdə tutulmuş uzun
fokuslu obyektivə sahib 12 MP-lik kameradır.

Bundan əlavə olaraq bu kameralar
üçün ikili çəkim funksiyası da əlavə olunub. Bu funksiya vasitəsilə eyni anda hər
iki kamera vasitəsilə foto çəkmək mümkündür. Smartfonun ön kamerası isə
standart avtofokus özəlliyinə sahib 8 MP-likdir. Standart texniki göstəricilərə
gəldikdə isə Galaxy Note 8, satışa çıxacağı regiondan asılı olaraq 8 nüvəli
Snapdragon 835 və ya Exynos 8895 prosessorları, 6 GB RAM, 64/128 GB daxili
yaddaş (microSD girişi mövcuddur), 3300 mAh enerji tutumlu batareya (sürətli
enerji yığma, naqilsiz enerji yığma və sürətli naqilsiz enerji yığma özəllikləri
mövcuddur), USB Type-C və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub. Galaxy Note
8, 15 Sentyabr tarixindən satışa çıxacaq və 1180$ qiymətinə satılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
