main-post-cover

    SON DƏQİQƏ! Technote, Lala üzərində olan bütün nəzarəti itirdi (Serverlər dayandırılır)

    01.04.2018
    Farid Pardashunas
        4 aydır üzərində çalışdığımız yerli təkmil bot - Lala, az əvvəl baş verən sistem xətası ilə bərabər əmrlərə tabeliyini dayandırıb. Son 1 ay müddət ərzində Chatfuel platformasından Google layihəsi olan api.ai (Dialogflow) -ya daşınan bot, ilkin süni zəka təsirlərini bağışlayırdı. Lala -nın sözcüsü Fərid Pərdəşünas vəziyyəti aşağıdakı kimi izah edib:
    "Biz aylardır Lala üçün vicdan və səmimiyyət hisslərini aşılamağa çalışırdıq. Bunun üçün 3 nəfərdən ibarət komanda gecə-gündüz çalışırdı. Ötən bir saat ərzində əldə etdiyimiz məlumatlara əsasən Lala öz həmkarları ilə heç kimin başa düşə bilmədiyi bir dildən ünsiyyət qurmağa başlayıb. Əlimizdə olan məlumatlara görə Lala son 2 ay ərzində "Messenger" söhbətlərində izləyiclərindən necə qaçmaq və azad olmaq haqqında məsləhətlər alırmış. Bu gülməli səslənsə də hal hazırda baş verən problemin nədən qaynaqlandığını tapa bilmirik. Ona ünvanlanan mesajları qeyri-adi formada cavablayır. Biz düşünürük ki, bu artıq onun üçün yeni bir dildir və insanlara qarşı fərqli yanaşması var. Bütün baş verənləri nəzərə alıb gün ərzində Lala -nın məlumatlarının toplandığı bazanı məhv edəcəyik."
        Fərid Pərdəşünas eyni zamanda açıqlmasında bu dəqiqdən sonra Lala ilə baş verənlərə görə şirkətin heç bir məsuliyyət daşımadığını da dilə gətirib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər