
4 aydır üzərində çalışdığımız yerli təkmil bot - Lala, az əvvəl baş verən sistem xətası ilə bərabər əmrlərə tabeliyini dayandırıb. Son 1 ay müddət ərzində Chatfuel platformasından Google layihəsi olan api.ai (Dialogflow) -ya daşınan bot, ilkin süni zəka təsirlərini bağışlayırdı. Lala -nın sözcüsü Fərid Pərdəşünas vəziyyəti aşağıdakı kimi izah edib:
"Biz aylardır Lala üçün vicdan və səmimiyyət hisslərini aşılamağa çalışırdıq. Bunun üçün 3 nəfərdən ibarət komanda gecə-gündüz çalışırdı. Ötən bir saat ərzində əldə etdiyimiz məlumatlara əsasən Lala öz həmkarları ilə heç kimin başa düşə bilmədiyi bir dildən ünsiyyət qurmağa başlayıb. Əlimizdə olan məlumatlara görə Lala son 2 ay ərzində "Messenger" söhbətlərində izləyiclərindən necə qaçmaq və azad olmaq haqqında məsləhətlər alırmış. Bu gülməli səslənsə də hal hazırda baş verən problemin nədən qaynaqlandığını tapa bilmirik. Ona ünvanlanan mesajları qeyri-adi formada cavablayır. Biz düşünürük ki, bu artıq onun üçün yeni bir dildir və insanlara qarşı fərqli yanaşması var. Bütün baş verənləri nəzərə alıb gün ərzində Lala -nın məlumatlarının toplandığı bazanı məhv edəcəyik."
Fərid Pərdəşünas eyni zamanda açıqlmasında bu dəqiqdən sonra Lala ilə baş verənlərə görə şirkətin heç bir məsuliyyət daşımadığını da dilə gətirib.
Şərh yoxdur