main-post-cover

    Son dəqiqə! Xiaomi Mi 10 və Mi 10 Pro təqdim olundu - Qiyməti

    Elm & Texnologiya
    13.02.2020
    Nijat Hamid
            Xiaomi şirkətinin haqqında çoxlu yazdığımız 2020-ci il flaqman modeli Xiaomi Mi 10Mi 10 Pro modeli təqdim olundu. Yeni flaqman smartfonların parametrləri və satış qiyməti də təqdimat zamanı bəlli oldu. O zaman gəlin Xiaomi Mi 10 Mi 10 Pro modellərinə ətraflı baxaq.

    Xiaomi Mi 10 və Mi 10 Pro modeli dizayn olaraq digər Xiaomi modellərindən fərqlənir.

            Xiaomi Mi 10Mi 10 Pro görünüş baxımından bir-biri ilə eynidir, lakin digər Xiaomi modellərindən tamamilə fərqlənirlər. Yeni dizayn ilə birliktə Xiaomi flaqmanlarında damla bənzəri kamera çərtiyi olmayacaq. Onun yerine ön kameralar ekranın altına inteqrasiya edilib. Həmçinin telefonun ekranı da arxaya doğru qıvrılan yeni ekranla əvəz olunub. Mi 10Mi 10 Pro-da Super AMOLED ekran istifadə olunub. Hər iki smartfonda 6.67 düymlük ekranlardan istifadə olunub. Ekran ölçüləri 2340×1080 olan Mi 10 və Mi 10 Pro, 90 Hz ekran yeniləmə tezliyinə malikdir. Həmçinin hər iki model HDR 10+ 5.000.000:1 kontrast dəyərinə malikdir. Qeyd edək ki, yeni flaqmanların ekran çərçivələri Mi 9 ailəsinə nəzərən daha incədir. Hər iki cihazın ekranı 403 PPI-dir və Gorilla Glass 6 ilə qorunur.

    Xiaomi Mi 10 və Mi 10 Pro-nun kameraları 108 MP-lik sensorlar ilə gəlir!

            Mi 10 və Mi 10 Pro-nun əsas kamera sensorları Samsung tərəfindən istehsal olunan ISOCELL Bright texnologiyası ilə hazırlanmış 108 MP-lik kameralardır. Qeyd edək ki, bu sensorlar daha əvvəl Mi Note 10 modelində istifadə olunmuşdu. Mi 9 modellərindən fərqli olaraq bu səfər hər iki modeldə də OIS ( Optik şəkil sabitləmə ) dəstəyi mövcuddur. Mi 10 modelində kamera sensorları olaraq əsas ISOCELL 108 MP-lik ana kamera + 13 MP F/2.2 telefoto kamera + 2 MP f/2.4 dərinlik kamerası (portret və makro kamera)+ 2 MP f/2.4 ultra geniş bucaqlı kameralar istifadə olunub. Qeyd edək ki, hər iki modeldə həm OIS, həm də EIS (Rəqəmsal şəkil sabitləmə) var.
            Mi 10 Pro modelində isə kamera olaraq yenə İSOCELL Bright texnologiyalı 108 MP-lik əsas kamera + 20 MP f/2.2 telefoto kamera + 8 MP f/2.2 ultra geniş bucaqlı kamera + 12 MP f/2.2 dərinlik kamerasından istifadə olunub. Gördüyünüz kimi Mi 10 modeli ilə müqayisədə Mi 10 Pro-nun köməkçi kameraları daha güclüdür. 
            Hər iki smartfonda da şəkillər HEIF formatı ilə çəkildiyi üçün keyfiyyəti itmədən 50% daha az həcmli şəkillər çəkmək mümkün olacaq. Hər iki smartfon ilə 8K 30 FPS video çəkiliş dəstəyinə malik olacaq.1080P çəkilişlərdə isə 960 FPS-ə qədər dəstək olacaq. Ön kamera olaraq hər iki smartfonda 20 MP geniş bucaqlı və 1080P 30 FPS video dəstəyinə malik kameralardan istifadə olunub.

    Xiaomi Mi 10 və Mi 10 Pro modelləri hal-hazırda ən güclü prosessor olan Snapdragon 865 istifadə edir!

            Mi 10 və Mi 10 Pro modelləri Snapdragon 865 prosessorundan istifadə edir. Hal-hazırda Android ekosistemində ən güclü prosessor SoC 865-dir. 7 nm arxitekturası ilə hazırlanan bu prosessorlar 8 ədəd nüvəyə malikdir. Qrafika çipində isə Adreno 650-dən istifadə edir. Bu da hal-hazırda ən güclü oyunları tam performansda oynamaq üçün yetərlidir. Hər iki cihazda da yeni ram texnologiyası olan LPDDR5 ramlardan istifadə olunur. Biz bunu Galaxy S20 ailəsinin təqdimatında da gördük. Digər tərəfdən cihazlarda UFS 3.0 yaddaş texnologiyası olacaq. Bu texnologiya da Galaxy S20 ailəsində istifadə olunur. Qeyd edək ki, yeni ramlar səbəbilə əvvəlki nəsilə görə smartfonlar 2 qat daha sürətli görüntü işləyib prosesləri tamamlaya bilir. Bunun nəticəsində yeni Mi 10 və Mi 10 Pro modelləri saniyədə 51 MB-lik yazma/oxuma sürətlərinə malikdir. 
            Aparılan AnTuTu testlərinin nəticəsi isə 585,2320-dir. Hər iki cihazın 8 GB12 GB ramlı versiyaları olacaq. Artıq 6 GB rama malik versiyalar olmayacaq. Yaddaş həcmi olaraq isə 128 GB standart olacaq. Həmçinin 256 GB512 GB versiyalar da satışa çıxacaq.

    Xiaomi Mi 10 və Mi 10 Pro-nun batareya tutumları artır!

            Xiaomi Mi 10 və Mi 10 Pro modelləri Wi-Fi 65G dəstəyinə malik olacaq. Yəni bu iki flaqmanın 5G-siz versiyası olmayacaq. Mi 10-da 4780 mAh həcmində batareya, Mi 10 Pro-da isə 5250 mAh həcmində batareyadan istifadə olunub. Mi 10 modeli 30 Watt sürətli şarj texnologiyasını dəstəklədiyi halda, Mi 10 Pro modeli 50 Watt sürətli şarj dəstəkləyəcək. Lakin hər iki cihaz naqilsiz olaraq 30 Watt sürətli şarj dəstəkləyir. Qeyd edək ki, başqa cihazları şarj etmək də mümkün olacaq. Bunun üçün isə smartfonlar 10 Watt şarj dəstəyinə malikdir. 
            Yeni flaqman ailəsi satışa Android 10MIUI 11 ilə birliktə çıxacaq. Ağırlıq olaraq baxdığımızda isə demək olar ki, bu smartfonlar 208 qram ilə biraz ağır smartfonlar olacaq. 

    Xiaomi Mi 10 və Mi 10 Pro-nun ümumi parametrləri belədir:

    Xiaomi Mi 10
    • Ekran: 6,67 düym, 2340 x 1080 piksel və 90 Hz Super AMOLED, 19,5:9 ekran/gövdə nisbəti, 403 PPI pisel sıxlığı, Gorilla Glass 6, HDR10+ dəstəyi
    • Prosessor:  Qualcomm Snapdragon 865 (2,84 GHz 8 nüvə), Adreno 650 GPU
    • RAM: 8 GB, 12 GB LPDDR5
    • Yaddaş: 128 GB, 256 GB, 512 GB (UFS 3.0)
    • Arxa Kamera: 108 MP f/1.33 geniş bucaqlı, 13 MP f/2.4 telefoto, 2 MP f/2.4 ultra geniş bucaqlı, 2 MP f/2.4 dərinlik sensoru, HDR, cüt rəng flaş, OIS və EIS
    • Video: 8K 30 FPS, 2K 60 FPS, 1080p 30-120-240-960 FPS dəstəyi
    • Ön Kamera: 20 MP geniş bucaqlı, 1080p 30 FPS video çəkiliş
    • Batareya: 4.780 mAh, 30 W naqilli, 30 W naqilsiz, 10 W əks şarj
    • Qoşulmalar: Wi-Fi 6, Bluetooth 5.0, USB Type-C
    • Əməliyyat sistemi: Android 10.0 + MIUI 11
    • Ölçüləri: 162.6 x 74.8 x 8.96 mm
    • Ağırlıq: 208 gram
    Xiaomi Mi 10 Pro
    • Ekran: 6,67 düym, 2340 x 1080 piksel və 90 Hz Super AMOLED, 19,5:9 ekran/gövdə nisbəti, 403 PPI pisel sıxlığı, Gorilla Glass 6, HDR10+ dəstəyi
    • Prosessor:  Qualcomm Snapdragon 865 (2,84 GHz 8 nüvə), Adreno 650 GPU
    • RAM: 8 GB, 12 GB LPDDR5
    • Yaddaş: 128 GB, 256 GB, 512 GB (UFS 3.0)
    • Arxa Kamera: 108 MP f/1.33 geniş bucaqlı, 20 MP f/2.2 telefoto, 8 MP f/2.2 ultra geniş bucaqlı,12 MP f/2.2 dərinlik sensoru, HDR, cüt rəng flaş, OIS və EIS
    • Video: 8K 30 FPS, 2K 60 FPS, 1080p 30-120-240-960 FPS dəstəyi
    • Ön Kamera: 20 MP geniş bucaqlı, 1080p 30 FPS video çəkiliş
    • Batareya: 5250 mAh, 50 W naqilli, 30 W naqilsiz, 10 W əks şarj
    • Qoşulmalar: Wi-Fi 6, Bluetooth 5.0, USB Type-C
    • Əməliyyat sistemi: Android 10.0 + MIUI 11
    • Ölçüləri: 162.6 x 74.8 x 8.96 mm
    • Ağırlıq: 208 gram

    Xiaomi Mi 10 və Mi 10 Pro-nun Çin-də satış qiyməti bəlli oldu. 

            Xiaomi Mi 10-nun 8 GB128 GB yaddaşa malik versiyası Çində 3999 Yuan (573 dollar/974 AZN) satılacaq. 8 GB+ 256 GB olan versiya 4299 Yuan, 12 GB+ 512 GB olan versiya isə 4699 Yuan-a satılacaq.
            Xiaomi Mi 10 Pro isə 8 GB256 GB versiya 4999 Yuan-a satılacaq. 12 GB ram + 256 GB yaddaşlı versiyası 5499 Yuan olacaq. 12 GB ram+  512 GB yaddaşlı versiya isə 5999 Yuan olacaq. 
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər