Son Dəqiqə! YouTube baş ofisinə silahlı basqın (Canlı Yayım)

Son Dəqiqə! YouTube baş ofisinə silahlı basqın (Canlı Yayım)

04.04.2018 PAYLAŞIM

    3 Aprel tarixində YouTube servisinin Şimali Kaliforniyadakı baş ofisində silahlı atışma baş verib. Bu barədə hadisənin şahidləri xəbər veriblər, polislər isə bu məlumatı təsdiqləyiblər.


Bənzər xəbər


    “Biz görüşdə oturmuşduq və birdən səs-küy eşitdik. İlk öncə düşündük ki, bu zəlzələdir. Otaqdan çıxandan sonra da biz başa düşmürdük ki, nə baş verir. Lakin daha çox qaçan insanları görməyə başladıq. Artıq bizə məlum idi ki, bu yanğın təlimi deyil daha ciddi bir şeydir. Biz çıxışa tərəf qaçdıq və orda daha çox insana rast gəldik. Daha sonra kimsə dediki orda silahlı adam var. Bundan sonra mən hər qabağıma çıxan şəxsdə silahlı insanı görürdüm. Kimsə dediki silahlı şəxs ofisin arxa qapısına atəş açıb və daha sonra sui-qəsd edib. Mən aşağı baxdım və yerdə, pilləkənlərdə qan izləri gördüm. Mən ətrafa baxım və daha sonra biz aşağı enməyə başladıq. Çölə çıxandan sonra mən polisləri gördüm. Onlarda avtomat silahı var idi” – deyə şahidlərdən biri bildirib.


    Şahidlərdən biri KRON4’s adlı radiostansiyaya bildirib ki, o, 20 atəş səsi eşidib. San Fransisko hospitalının təmsilçisinin sözlərinə görə onlara yaralananları çatdırmağa başlayıblar. Lakin yaralananların sayı tam dəqiq bilinmir. Hadisə yerinə gəlmiş polislər YouTube əməkdaşlarını ofisdən çıxarmağa başlayblar. Şahidlərdən birinin məlumataına əsasən hadisə yerinə həmçinin SWAT gəlib və ofis binasına müzakirəçi şəxs göndərilib.

Google şirkətinin təmsilçiləri bildiriblər ki, şirkət hal-hazırda dövlət orqanları ilə əməkdaşlıq edir. Bəzi mənbələrə əsasən zərər çəkmişlərin sayı 2-37 nəfərdir. Bəzi məlumatlara əsasən silahlı hücumu etmiş şəxs qadındır. Həlak olənlər barəsində isə heç bir məlumat verilməyib. San Bruno şəhər polisinin verdiyi məlumata əsasən silahlı basqın nəticəsində minimum 4 nəfər zərər çəkib. Onlar tez bir zamanda xəstəxanaya çatdırılıblar.

Polis həmçinin silahlı basqının qadın tərəfindən edildiyini də təsdiqləyib. Sonda isə qadın intihar edib. Zuckerberg San Francisco General adlı hospitalın verdiyi məlumata əsasən onlara 3 nəfər zərərçəkmiş şəxs (2 qadın və kritik vəziyyətdə olan kişi) gətirilib. Qadınlardan birinin vəziyyəti ağırdır digəri isə yüngül yaralar əldə edib. İlkin məlumata əsasən atışma hadisəsi şirkətin kampusuna yaxın kafedə baş verib. Los Angeles Times-ın verdiyi məlumata əsasən ABŞ hökuməti baş vermiş hadisəni terror hadisəsi kimi qəbul etmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×