main-post-cover

    Sony 3D Creator ilə 3 ölçülü selfie dövrü

    Elm & Texnologiya
    20.04.2018
    Orxan Oguz
        Yapon texnologiya şirkəti Sony-nin bəzi smartfonları üçün hazırladığı Sony 3D Creator tətbiqi bir müddətdir ki, istifadə olunurdu. Tətbiq, bugün gələn yeniləmə ilə əsas kamerası ilə yanaşı, ön kameradan da 3D selfie görüntülər yaratmaq xüsusiyyətini təqdim etdi. Tətbiqin 3D Creator 2.0 versiyası ilə artıq 3 ölçülü fotolar selfie skan üsulu ilə ön kameradan da çəkilə biləcək. Tətbiqlə hər kəs öz üzünü 360 dərəcə skan etdikdən sonra 3D model çıxara biləcək. Sadəcə Xperia istifadəçilərinin istifadə edə biləcəyi tətbiq Facebook kimi sosial şəbəkələrdə də paylaşıla bilir. 
        Tətbiq hal-hazırda, yalnız Xperia XZ Premium, Xperia XZ1 və XZ1 Compact modellərində istifadə olunur. Amma bir müddət sonra digər Sony modellərinə də gəlməsi istisna deyil. 
        Tətbiqin necə işlədiyini öyrənmək üçün aşağıdakı videonu izləyə bilərsiniz:



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər