main-post-cover

    Sony, PlayStation 5 konsolunun funksiyalarını rəsmi olaraq təqdim etdi

    Elm & Texnologiya
    07.01.2020
    Nijat Hamid
            Sony konsol ekosistemində lider firma olaraq qalmağa davam edir. PS 4 PS 4 Pro ilə istifadəçilərə istədiyini verən şirkət bir sonrakı yeni nəsil PlaySation 5 üzərində işləməyə başlamışdı. Bu gün isə CES 2020 sərgisində şirkətin CEO-su Jim Ryan PS 5-in funksiyalarını rəsmi olaraq təqdim etdi. Yeni konsol möhtəşəm olacaq.

    CES 2020 sərgisində həmçinin PS 5 loqosu da təqdim edildi. Lakin ən əsas funksiyaların rəsmi olaraq təqdim edilməsi oldu. 

            Qeyd edək ki, yeni konsol oyun tərəfindən 4K, medya tərəfində isə 8K görüntü dəstəyinə malik olacaq. PlayStation 5-in rəsmi olaraq təqdim edilmiş funksiyaları aşağıdakılardır:
    • 3D Səs dəstəyi: Yeni konsolda olan 3D səs texnologiyası səbəbilə səslər istifadəçilərə daha canlı və dərin ötürüləcək. 

    • Adaptiv və haptik titrəşmə motoru: PS 5-in kontrollerində yeni və xüsusi titrəşmə motoru istifadə edilib. Bunun hesabına yeni konsol istifadəçilərə oyundakı ortamı daha yaxşı hiss etdirəcək. Məsələn personaj otluqda yeriyərkən kontroller ona uyğun titrəşmə verəcək.

    • Yüksək Sürətli SSD: PS 5 konsolunda xüsusi SSD-lər istifadə ediləcək. Bu səbəbdən oyunların yüklənmə və quraşdırılma sürəti ciddi dərəcə sürətlənəcək.

    • Avadanlıq əsaslı Ray Tracing dəstəyi: Ray Tracing- İşıq izləmə texnologiyasıdır. Bu da o deməkdir ki, oyunların qrafikaları daha möhtəşəm olacaq, işıqlandırmalar daha təbii göstəriləcək.

    • Ultra HD Blu-Ray dəstəyi: Ultra HD Blu-Ray disklərinin istifadə artıq 4K keyfiyyətin tam dəstəklənməsi deməkdir. Beləliklə PlayStation 5 ilə oyunları 4K keyfiyyətində oynamaq mümkün olacaq. Həmçinin media tərəfində 8K keyfiyyət dəstəklənəcək.

            Həmçinin PlayStation 5-in loqosu da sərgi zamanı təqdim edildi. PlayStation 5 konsolu AMD şirkəti tərəfindən hazırlanmış çipset və videokart ilə təchiz olunub. Yeni arxitektura üzərində hazırlanan konsol əvvəlki nəsilə nəzərən 2-3 qat daha güclü olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər