
Sony şirkəti qatlana bilən smartfon modelinin patentini əldə edib
Elm & Texnologiya
22.07.2019
Emil
Görünür, Sony şirkəti də son zamanlarda yaranmış trend üzrə gedərək özünün qatlana bilən smartfon modeli üzərində çalışır. Təbii ki, smartfonun satışa çıxmasına hələ çox var. Şirkət hələki bu smartfonun patentini əldə edib. Bu barədə Letsgodigital saytına istinadən Gagadget saytı xəbər verib. Belə ki, şirkət tərəfindən patent sorğusu ümumdünya intellektual mülkiyyət təşkilatına 4 mart tarixində təqdim olunmuşdu. İyun ayının sonunda isə patent rəsmi olaraq təqdim edilmişdi.

Şirkət tərəfindən əldə olunmuş patentdə ekrana inteqrasiya edilmiş ötürücülərə sahib smartfon modelindən söhbət gedir. Faktiki olaraq bu, üzərində 3 ədəd ötürücü olan elastik ekrandır. Söhbət, temperatur, təzyiq və sürət ötürücülərindən gedir. Həmin ötürücülər isə öz növbələrində istifadəçinin smartfonu hansı vəziyyətdə tutduğunu təyin etməyə yardımçı olacaq. Bu üsulla istifadəçiyə daha yaxşı istifadəçi interfeysi təcrübəsi təqdim olunacaq.

Patent fotosunda 2 ədəd bu cür ekrana sahib smartfon modeli əks olunub. Ekranlardan biri ön paneldə, digəri isə arxa paneldə yerləşir. Lakin ötürücülərə sahib olan ekran tərəfini də adi smartfon modeli kimi istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, bu sadəcə olaraq patentdir və şirkətin nə vaxtsa bu patenti reallaşdırıb-reallaşdırmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
