main-post-cover

    Sony şirkəti Xperia 5 adlı yeni flaqman smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    05.09.2019
    Emil Nəcəfov
        IFA 2019 sərgisi çərçivəsində Sony şirkəti özünün yeni flaqman smartfonunu təqdim etdi. Bu ilin əvvəlində təqdim edilmiş Xperia 1 modelinin fonunda yeni smartfon heç gözlənilməz adı əldə etdi. Beləliklə şirkətin yeni smartfonu Xperia 5 adlanır. Bu barədə 4pda saytı xəbər verib. Xperia 1-dən fərqli olaraq Xperia 5 modeli daha kompakt ölçüyə sahibddir.
        Bununla yanaşı yeni smartfon həm texniki göstəricilərə görə həm də xarici görünüşə görə Xperia 1 modelinin kopyasıdır. Xperia 1-dən fərqləndirici özəlliklər sırasında 6.1 düym OLED ekran var. Bundan əlavə olaraq ekranın keyfiyyəti 4K-dan Full HD+-a endirilib. Ekran həmçinin HDR texnologiyasını dəstəkləyir və Gorilla Glass 6 qoruyucu şüşəsi ilə örtülüb.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP (26 mm, OIS) + 12 MP (56 mm-lik teleobyektiv, OIS) + 12 MP (16 mm) üçlü arxa kamera, 8 MP-lik ön kamera, Power Delivery 3.0 sürətli enerji yığma texnologiyalı 3140 mAh enerji tutumlu batareya, USB Type-C girişi və kənar tərəfdən barmaq izi skanı texnologiyası ilə təchiz olunub.
        Xperia 5 IP65 IP68 standartlaarı üzrə sudan qorunurlar. Smartfon Android 9 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Şirkət smartfonun qiyməti barəsində heç bir məlumat verməsə də bildirib ki, o, oktyabr ayında satışa çıxacaq.
    Linki kopyala