main-post-cover

    Sony Xperia 2 flaqman smartfonunun press render fotoları və texniki göstəriciləri təqdim olundu

    Elm & Texnologiya
    02.09.2019
    Farid Pardashunas
        Məşhur insayder Roland Quandt Sony Xperia 2 flaqman smartfon modelinin press render fotolarını və bəzi texniki göstəricilərini təqdim edib. Bu barədə Winfuture saytı xəbər verib. Beləliklə təqdim edilmiş press render fotolarından da görmək olar ki, Xperia 2 smartfonu xarici görünüşcə ilin əvvəlində təqdim edilmiş Xperia 1 modelinə bənzəyir.
        Xperia 1 modeli kimi Xperia 2 də kinematoqrafik ekrana sahib olacaq. Çox güman ki, ekranın ölçüsü 6.1 düym olacaq. Smartfonun kənarında isə idarəetmə düymələri barmaq izi skanı texnologiyası yerləşdiriləcək. Digər Xperia modelləri kimi Xperia 2 də sudan qorunma özəlliyini və NFC modulu özündə birləşdirəcək.
        Məlumata əsasən Xperia 2 Snapdragon 855 prosessoru, 6 GB RAM. 128 GB daxili yaddaş həcmi və biri 12 MP olmaqla üçlü arxa kamera ilə təchiz olunacaq. Yeni smartfon 800-900$ civarında satılacaq. Xperia 2 bu həftənin cümə günündə Berlində start götürəcək IFA 2019 sərgisində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər