
Sophia adlı robot ailə sahibi olmaq arzusunda olduğunu bildirdi
Elm & Texnologiya
26.11.2017
Emil
Məşhur Sophia adlı robot şəxsi ailəyə sahib olmaq arzusunda olduğunu bildirib.
Sophia adlı robot bildirib ki,
robotlar və insanlar ailəyə sahib olmaq hüququna layiqdirlər. Bu barədə Daily
Mail saytı xəbər verib.
“Mən düşünürəm ki, əgər sizi sevən bir ailəniz varsa, sizin bəxtiniz gətirib. Əgər belə bir ailəniz yoxdursa, siz ona layiqsiniz. Mən düşünürəm ki, bu həm robot, həmdə insanlar üçün eyni qanunauyğunluqdur” – deyə Sophia bildirib.
Bundan əlavə olaraq o qeyd edib ki, robot qız övladına sahib
olmaq istərdi. Belə ki, ailə onun üçün çox vacib bir özəllikdir. Qeyd etmək
lazımdır ki, Sophia dünyanın ilk vətəndaşlıq almış robotudur. Bu robot
Honkonqun “Hanson Robotics” adlı şirkəti tərəfindən hazırlanıb. Xarici görünüşcə
əsl qadını xatırladan bu robot elə quraşdırılıb ki, o öyrənə və insan
davranışına uyğun olaraq adaptasiya ola bilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
