Sosial medianın məşhur simaları 'Keepface' təşkilatçılığı ilə 'Influencer Day Baku'da bir araya gələcək

Sosial medianın məşhur simaları 'Keepface' təşkilatçılığı ilə 'Influencer Day Baku'da bir araya gələcək

21.08.2017 PAYLAŞIM

Sosial media həyatımızın ayrılmaz bir parçasına çevrilib. Azərbaycan əhalisinin üçdəbiri aktiv olaraq sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar. Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar. Influencer-lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrində inlfuencer-ləri cəlb etməklə ciddi uğurlar qazanırlar. Regionda ilk dəfə 30 sentyabr 2017-ci il tarixində Dreamland-də “Influencer Day Baku” tədbiri keçiriləcəkdir. Tədbirdə Sosial Eranın marketinq texnologiyaları, data marketing, MarTech investisiyaları müzakirə olunacaq və qonaqlara Mərkəzi Avrasiya regionunda fəaliyyət göstərən Keepface Influencer Marketing platforması təqdim olunacaq.

Tədbirdə 150 nəfər xüsusi dəvət olunmuş top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri, investorlar və seçilmiş ictimai xadimlər iştirak edəcək. Əlavə olaraq tədbirə ABŞ-dan spiker cəlb olunması planlaşdırılır. Keepface dünyada trend marketinq strategiyası sayılan "Influencer Marketing"i avtomatlaşdıran platformadır. Bu platformada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Keepface istifadəçiləri brendlər platforma üzərindən influencer-lərin göstəricilərini analiz edə, onlarla kommunikasiya qura və sifariş verə bilirlər. Hazırda Keepface regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir. Tədbirdə iştrak yalnız xüsusi dəvətnamə ilə mümkün olacaq.#InfluencerDayBaku




DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×