main-post-cover

    Sosial yardımla bağlı e-müraciət proseduru sadələşdirilir

    18.07.2018
    Bot Lala
    Ünvanlı dövlət sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.
    Bu barədə Tecnote.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İlkin mərhələdə, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı “Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək.
    Belə ki, tələb olunan məlumatların bir hissəsi (məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar) aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan “Sosial Reyestr”in hazırlanması isə e-müraciətin daha da sadələşdirilməsinə imkan yaradacaq.
    Layihə işə salındıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı “Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq.
    Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar “Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış mühitdə qərar qəbul ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər