Sovet İttifaqının 80-ci illərdəki texnologiya layihəsi: Smart evlər!

Sovet İttifaqının 80-ci illərdəki texnologiya layihəsi: Smart evlər!

Texnologiya
21.03.2018 PAYLAŞIM

    Sovet İttifaqı dağılmazdan əvvəl şübhəsiz ki, dünyanın ən vacib ölkələrindən biri idi. Xüsusilə, təhsil mövzusunda yatırılan investisiyalar onlara elm və texnologiya sahələrində mükəmməl təcrübələr qazandırırdı. Amma, iqtisadiyyatın kobud quruluşu hər zaman problem olmuş və inkişafa maneçilik törətmişdir. Budur, Sovet İttifaqının dövrə görə çox mükəmməl görüntüyə sahib layihəsi:

80-ci illər Sovet İttifaqı üçün dəyişiklik vaxtı idi



    Soyuq müharibədən yorulan Sovet İttifaqı həm iqtisadi sahədə, həm də mədəni olaraq yeni bir dövrə başlamaq istəyirdi. İttifaqın sonunu gətirəcək dəyişiklik paketini Sovet İttifaqının sonuncu prezidenti Mixail Qarbaçov açdı. Prestroika adı verilən bu dövrdə Sovet İttifaqının həyatı tamamilə dəyişdi.

Demək olar ki, hər şey bir-bir dəyişikliyə uğrayırdı


    Bu dövrdə elmi araşdırma institutları Sovet xalqına yeni və texnoloji həyat təqdim etməklə saysız-hesabsız layihələrə daxil oldu. Bəziləri futuristik, amma, olduqca mükəmməl görünürdü.

Elmi araşdırmalar edən Sovet qurumlarının bir məqsədi var idi


    80-ci illərdə evləri naqilsiz ev alətləri ilə təchiz etmək, notbuklar, smartfonlar, smart saatlar...Bu qurumlar bütün bu texnologiya məhsullarını bir evin içində tam sistem və tam uyğunluqla işlətməyi hədəfləyirdi, ki biz bugün buna smart ev deyirik.

Sovet mühəndisləri bütün ev alətlərinin qüsursuz uyğunlaşma ilə bir yerdə işləməsini arzu edirdilər.


    Televizor, videooxuyucu və komputer kimi öz-özünə işləyən və işləmə prinsipləri fərqli olan məhsulların bütün uyğunluqla və bir mərkəzdən nəzarət edilərək qüsursuz formada yerləşdirildiyi smart ev inşa etmək mühəndislərin fəaliyyət mövzusu idi.

Həmin günlərdə aparılan qeydlərdən mühəndislərin fikirlərini anlamaq asandır


    Mərkəzi əməliyyat sistemi məlumatları xaricdən naqilsiz formada naqil şəbəkələrindən, fiber optiklərdən, telefon şəbəkələrindən və ya öz daxili yaddaşlarından əldə edəcəklər. Bu gələcəyin texnologiyası mövcud olan bütün mediya vasitələrindən daha fərqli mövqedə olacaq.

İnanılmaz görünmürmü? Aparılan qeydlərdə daha artığı var


    Növbəti mərhələ hər şeylə uyğunlaşan cihaz yaratmaq olacaq. Bu cihazlarda musiqi, video, slayd, təhsil proqramları, oyunlar və mətnlər kimi fərqli rəqəmsal sənədlər saxlanılacaq. Bu hər şeyə uyğun sistemə keçmək ev elektronikaları dizaynı üçün bənzərsiz inqilabın başlanğıcı olacaq


    Mühəndislərin planı divarların içindən yüksək texnologiyalı naqilləri keçirərərək elektronika əşyalarını bir-biri ilə əlaqələndirmək və onları əsas prosessordan idarə etmək idi. Planlarına görə əsas prosessordan əldə olunacaq məlumatlar fərqli otaqlarda yerləşən TV və oyun moduluna göndəriləcək komputerə əmrlər veriləcəkdi. Bədən temperaturunu göstərən şkalalar və buna oxşar məlumatlara sahib Günəş eynəyi dizaynlar arasında idi. Google Glass-ın ulu babasını da bu layihədə görə bilərsiniz.

Prototiplər hazırlandı


    Şəkildə də göründüyü kimi əsas prosessor kosmik gəmiyə oxşayır. Bu modulun texnologiyası bugün yayılmış, istifadə etdiyimiz sabit disk, daşına bilən data modullarının ulu babası olaraq düşünülə bilər. Həm də bu əsas prosessorun naqilli və naqilsiz bağlantı seçimləri də mövcud idi.

Heç bir detal unudulmayıb


    Uzaqdan idarə etmə cihazı dizaynında kiçik bir ekran və hər şeyi idarə edə biləcəyiniz klavişlər futuristik dizaynla təqdim olunmuşdu. Bundan əlavə, bu uzaqdan idarəetmə cihazı səs yazmaq üçün mikrofona sahib idi.

Sistemin qarışıq və ciddi problemləri də həll etməsi hədəflənirdi

    Mühəndislər sağlamlıq kimi bir mövzunu da smart ev layihəsində unutmayıblar. Hər növ sağlamlıq məlumatını köməkçi cihazlarla işləyəcək, əsas prosessora ötürəcəkdilər

Təəssüf ki, düşünülənlərin heç biri reallaşmadı. 


     Məlum olan bir həqiqət var ki, bu və buna oxşar futuristik dizaynlar və fikirlər Sovet qəzetlərində sənaye kəşfləri kimi yayımlandı. Amma, o dövrdə çox təəssüf ki, heç biri real həyata əks olunmadı. Əks olunsaydı, hal-hazırda sahib olduğumuz texnologiya anlayışı hansı yerdə olardı, bilmirik.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×