Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
Elm & Texnologiya
29.11.2023
Emil Nəcəfov
Recurrent adlı analitik şirkət qışın soyuq hava şəraitinin elektromobillərin yolları hansı məsafədə qətt etmə bacarıqlarına necə təsir göstərdiyini aydınlaşdırıblar. Məlum olub ki, iqlim, ərazi və elektromobilin idarə tərzi kimi dəyişənlərin nəzərə alınması ilə soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisini ortalama 30% aşağı salır. Mütəxəssislər bu mövzuda 18 ədəd müxtəlif elektromobili test ediblər. Onların arasında Audi e-Tron (2021-2022) elektromobili 0 dərəcə Selsi temperatur şəraitində qətt edilən yol göstəricisinin ən az düşüşünü (16%) sərgiləyib.
Belə ki, Audi e-Tron özündə istilik nasosunu birləşdirir. Həmin nasos mühərrikdən ayrılan istiliyin transformasiyası sayəsində 3 kilovatt elektrik enerjisi əldə edir. Reytinqin ikinci yerini 26% göstərici ilə Nissan Leaf 2019 elektromobili tutub. Tesla Model 3, Model Y və Model X elektromobillərinin hər biri 24%-lik nəticə sərgiləyiblər. Maraqlısı ondadır ki, Tesla elektromobilləri arasında ən güclüsü sayılan Tesla Model S modelində qətt edilən yol göstəricisinin soyuq hava şəraitində düşüşü 28% təşkil edib. Volkswagen ID.4 və Chevrolet Bolt isə soyuq hava şəraitinə ümumiyyətlə adaptasiya olmayan elektromobillər sırasındadırlar.
Linki kopyala
texnoloji xeberler
tech news
audi e tron
nissan leaf
tesla model s
tesla model y
tesla model x
electric cars
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin özünün Starlink analoqunu hazırlamağa başlayıb
Çin özünün Starlink analoqunu hazırlamağa başlayıb
Çin SpaceX şirkətinin Starlink peyk internetinin geniş şəkildə yayılmasından narahatlıq duyur.
Çində dünyanın ən sürətli internet xətti istifadəyə verilib
Çində dünyanın ən sürətli internet xətti istifadəyə verilib
Pekin-Uhan-Quançjou adlı 3000 km uzunluqlu magistral fiberoptik xətt uzun illər ərzində olmuş testlərdən sonra rəsmi şəkildə 13 noyabr tarixində istifadəyə verildi.
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreyada robot müəssisə işçisini öldürüb
Cənubi Koreya şirkətinin 40 yaşlı robototexnika mütəxəssisi kənd təsərrüfatı üzrə çeşidləmə mərkəzindəki sənaye yükləmə robotunun sensorlarını yoxlayan zaman həyatını itirib.
Apple böyük ekranlı yeni iPad Air planşeti üzərində çalışır
Apple böyük ekranlı yeni iPad Air planşeti üzərində çalışır
DigiTimes saytının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Apple şirkəti böyük ekrana sahib yeni iPad Air planşeti üzərində çalışır.
Philips 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Philips 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Philips şirkəti Evnia 27M2N5510J adlı yeni gaming monitorunu təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!