Logo
    main-post-cover

    SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb

         Dünən SpaceX şirkəti bu ilin son kosmik uçuş missiyasını reallaşdırdı. Dünənki uçuş missiyası şirkətin bu il 98-ci uçuş missiyası oldu. 98-ci uçuş missiyası çərçivəsində SpaceX-in Falcon 9 raketi Yer kürəsinin orbitinə 23 ədəd Starlink peykini çatdırıb. Missiyada iştirak etmiş Falcon 9 raketinin ilk pilləsi üçün həmin missiya 12-ci olub. Yəni şirkət raketin ilk pilləsini 12 dəfə kosmosa göndərib.
         Bu il ərzində SpaceX-in reallaşdırmış olduğu 98 uçuş missiyasının 91-i Falcon 9, 5-i Falcon Heavy, 2-i isə Starship vasitəsilə reallaşdırılıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2022-ci ildə SpaceX ümumilikdə 61 uçuş missiyası, 2021-ci ildə 31 uçuş missiyası, 2020-ci ildə isə 26 uçuş missiyası reallaşdırmışdı. SpaceX-in 2024-cü ildəki ilk uçuş missiyası artıq 2 yanvar tarixində baş tutmalıdır. Həmin missiya çərçivəsində Falcon 9 raketi Yer kürəsinin orbitinə 21 ədəd Starlink peykini çatdıracaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    SpaceX bu il rekord sayda kosmik uçuş missiyası reallaşdırıb | Technote