main-post-cover

    SpaceX bu il T-Mobile ilə birlikdə mobil cihazlarda peyk şəbəkəsini test rejimində istifadəyə verəcək

    Elm & Texnologiya
    14.03.2023
    Farid Pardashunas
        SpaceX şirkəti ABŞ-ın T-Mobile adlı mobil şəbəkə operatoru ilə birlikdə bu il adi smartfonlar üçün nəzərdə tutulmuş mobil peyk şəbəkəsini test versiyada istifadəyə verməyi planlaşdırır. Bu barədə məlumatı SpaceX şirkətinin korporativ satışlar üzrə vitse-prezidenti Jonathan Hofeller verib. “Hesab edirəm ki, bu layihə çərçivəsində biz çox şeyi öyrənəcəyik” - deyə Jonathan Hofeller qeyd edib. Smartfonlara və digər mobil cihazlara peyk siqnalının ötürülməsi üzrə fəaliyyət göstərən kosmik xidmətin potensialı çox böyükdür. Bir çox peyk şirkəti mobil şəbəkə operatorları ilə əməkdaşlıq edir.
        Belə ki, mobil şəbəkə operatorları peyk şirkətlərinin texnologiyalarının köməkliyi ilə mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə mobil cihazları şəbəkə əlaqəsi ilə təmin edə bilirlər. Qeyd etmək lazımdır ki, SpaceX ilə T-Mobile arasındakı əməkdaşlıq hələ keçən ilin avqust ayında elan edilmişdi. Bugünki günə qədər SpaceX Yer kürəsinin orbitinə 4000 ədəd Starlink peyki yerləşdirib və keçən ilin sonundan başlayaraq şirkət artıq Starlink V2 peyklərinin yerləşdirilməsinə start verib. Smartfonların peyk şəbəkəsi dəstəyini əldə etmələri üçün lazımi təchizatlara sahib olan peyk isə məhz Starlink V2-dir. Birinci Starlink modelindən fərqli olaraq Starlink V2 peyki daha güclü əlaqə antenləri ilə təchiz olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər