Logo
    main-post-cover

    SpaceX bugün Starship-in ilk orbital uçuşunu reallaşdıracaq

        Çoxdan gözlənilən gün gəlib çatdı. Belə ki, SpaceX şirkəti bugün Starship kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdıracaq. ABŞ-ın Federal Aviasiya İdarəsi şirkətə bu uçuşun reallaşdırılması üçün nəzərdə tutulmuş icazə lisenziyasını təqdim edib. Starship artıq şirkətin Texas ştatındakı Starbase kosmodromunun start meydanında yerləşir. Şirkətin planına əsasən startdan 8 dəqiqə sonra Starship sisteminin Booster 7 adlı sürətləndiricisi Meksika körfəzində Texas sahillərindən 32 km aralıda su üzərindəki platformaya eniş edəcək. Starship-in Ship 24 adlı prototipi isə Yer kürəsi ətraıfnda tam dövrü reallaşdırmadan uçuşunu davam etdirəcək və müəyyən müddətdən sonra Sakit okeanda Havay adalarına yaxın sahədə idarə edilən enişi reallaşdıracaq.
    Paylaş
    Bənzər xəbərlər