'SpaceX' Falcon 9 ilə kosmosa internet peyklərini göndərdi (VİDEO)
22.02.2018
Farid Pardashunas
Elon Musk-ın “SpaceX” şirkəti uğurlu şəkildə PAZ adlı peyki və kosmosdan Yer kürəsinə internet şəbəkəsinin göndərilməsi üçün nəzərdə tutulmuş test məqsədli cihazlarını Falcon 9 raketi vasitəsilə kosmosa göndərdi.
Qeyd etmək lazımdır ki, PAZ peyki
Yer kürəsini müşahidə etmək üçün nəzərdə tutulub. İnternetin ötürülməsi üçün nəzərdə
tutulmuş cihazlar isə irimiqyaslı Starlink layihəsinin bir hissəsidir. İlkin
planlara əsasən cihazların kosmosa göndərilməsi 17 Fevral tarixinə nəzərdə
tutulmuşdu. Lakin hava şəraiti və digər səbəblərdən həmin uçuşu 18 Fevral, daha
sonra 21 Fevral tarixinə ertələdilər. Lakin uçuş məhz bugün reallaşdırıldı. Uçuş
zamanı PAZ adlı peyk raketin ikinci səviyyəsindən uğurla ayrılıb. Şirkətin
internet peykləri isə bir qədər sonra ayrılmalıdır.
Uçuş zamanı daha öncə
istifadə olunmuş Falcon 9 raketindən istifadə edilib. Onu yenidən Yer kürəsinə
qaytarılması planlaşdırılmayıb. Şirkətin Microsat-2a və Microsat-2b adlı test məqsədli
peykləri Starlink layihəsinin ilk aparatları olacaq. Bu layihə çərçivəsində Yer
kürəsini ucuz və sürətli internet ilə təmin etmək üçün Yer kürəsinin orbitinə
12.000 peyk göndəriləcək. Şirkət ümid edir ki, peyk vasitəsilə internet yayımı əsas
gəlir mənbəyi olacaq və 2025-ci ilə kimi 30 milyarddan çox gəlir gətirəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)