'SpaceX' Falcon 9 ilə kosmosa internet peyklərini göndərdi (VİDEO)

'SpaceX' Falcon 9 ilə kosmosa internet peyklərini göndərdi (VİDEO)

22.02.2018 PAYLAŞIM

Elon Musk-ın “SpaceX” şirkəti uğurlu şəkildə PAZ adlı peyki və kosmosdan Yer kürəsinə internet şəbəkəsinin göndərilməsi üçün nəzərdə tutulmuş test məqsədli cihazlarını Falcon 9 raketi vasitəsilə kosmosa göndərdi.

    Qeyd etmək lazımdır ki, PAZ peyki Yer kürəsini müşahidə etmək üçün nəzərdə tutulub. İnternetin ötürülməsi üçün nəzərdə tutulmuş cihazlar isə irimiqyaslı Starlink layihəsinin bir hissəsidir. İlkin planlara əsasən cihazların kosmosa göndərilməsi 17 Fevral tarixinə nəzərdə tutulmuşdu. Lakin hava şəraiti və digər səbəblərdən həmin uçuşu 18 Fevral, daha sonra 21 Fevral tarixinə ertələdilər. Lakin uçuş məhz bugün reallaşdırıldı. Uçuş zamanı PAZ adlı peyk raketin ikinci səviyyəsindən uğurla ayrılıb. Şirkətin internet peykləri isə bir qədər sonra ayrılmalıdır.

    Uçuş zamanı daha öncə istifadə olunmuş Falcon 9 raketindən istifadə edilib. Onu yenidən Yer kürəsinə qaytarılması planlaşdırılmayıb. Şirkətin Microsat-2aMicrosat-2b adlı test məqsədli peykləri Starlink layihəsinin ilk aparatları olacaq. Bu layihə çərçivəsində Yer kürəsini ucuz və sürətli internet ilə təmin etmək üçün Yer kürəsinin orbitinə 12.000 peyk göndəriləcək. Şirkət ümid edir ki, peyk vasitəsilə internet yayımı əsas gəlir mənbəyi olacaq və 2025-ci ilə kimi 30 milyarddan çox gəlir gətirəcək.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×