Logo
    SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)

    SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)

         Kosmik texnologiyalar sektorunda Elon Musk fırtınası əsməyə davam edir. Mechazilla adlanan 2 mexaniki qol, Yerə geri dönən 1200 tonluq gücləndirici raketi havada tutmağı bacarıb.

         Yenidən istifadə oluna bilən raketlər ilə kosmik sənayedə inqilab edən Elon Musk-ın şirkəti SpaceX, yenidən tarixə keçməyi bacarıb. İllər əvvəl Elon Musk-ın xəyal kimi paylaşdığı raketi tutma planı gerçəyə çevrilib. Nəhəng Starship raketinin 5-ci buraxılış sınağında, Super Heavy gücləndirici raket, Starship raketini uğurla atmosferə çıxarıb. Buraxılışdan sonra Yerə qayıdan Super Heavy raketi, Mechazilla adlanan 2 mexaniki qol tərəfindən havada uğurla yaxalanıb.
    View post on X
         Starship raketi isə təxminən 1 saat sonra Hind Okeanına uğurla eniş edib. SpaceX, buraxılışın hədəfinin Super Heavy gücləndiricisini tutmaq və Starship-in Hind Okeanına enişini təmin etmək olduğunu açıqlamışdı.
    View post on X
         Starship layihəsi, Elon Musk-ın Marsa insanlı səfər arzusunu reallaşdırmaq yolunda vacib bir mərhələ hesab olunur. Bu layihə, yalnız ticari buraxılışlar üçün deyil, NASA-nın Artemis missiyasında da önəmli rol oynayacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...