SpaceX-in Crew Dragon kosmik gəmisi test çərçivəsində yerə çırpılıb

SpaceX-in Crew Dragon kosmik gəmisi test çərçivəsində yerə çırpılıb

Texnologiya
30.03.2020 PAYLAŞIM

    SpaceX şirkəti yaxın zamanda Crew Dragon kosmik gəmisi vasitəsilə astronavtları BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərməyi planlaşdırır. İndiyənə kimi Crew Dragon-un bir çox testləri keçirilib və həmin testlər uğurla keçərək kosmik gəminin təhlükəsizliynə zəmanət veriblər. Lakin keçirilmiş sonuncu test uğursuz nəticələnib. Bu barədə Slashgear saytı xəbər verib. Kosmik gəminin əvvəlki test nəticələri o dərəcədə uğurlu idilər ki, hətta SpaceX-in şöbələrindən biri olan Space Adventure ilk kosmik turistlərin Yer kürəsinin orbitinə göndərilmə müddətlərini elan etmişdi.

    Crew Dragon-un əsas uğurlu komponentlərindən biri də Mark 3 adlı paraşüt sistemi idi. Həmin sistem kosmik gəminin sərnişinlərinə təhlükəsiz enişi təmin etməli idi. Qeyd etmək lazımdır ki, Crew Dragon kosmik gəmisinin testlərini NASA agentliyi çox diqqətlə izləyir. Belə ki, məhz NASA agentliyi insanların Crew Dragon vasitəsilə kosmosa uçub-uçmamaları barəsində yekun fikri bildirəcək. Yeni test çərçivəsində kosmik gəminin sərnişin kapsulu vertolyotdan aşağı buraxılmışdı. Test isə plan üzrə getmədi. Belə ki, kapsulun paraşüt sistemi işə düşmədi və kosmik gəminin sərnişin kapsulu yerə çırpıldı.

Bənzər xəbər


    SpaceX şirkətinin təsmilçisi qeyd edib ki, vertolyotun havaya qalxmasından sonra sərnişin kapsulu qeyri stabil olub. Vertolyotun pilotu sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kapsulu əl ilə idarəetmə rejimində yerə buraxıb. Həmin vaxtda isə kapsulun paraşüt sistemi tam hazır vəziyyətdə deyil idi. Uğursuz test zamanı xəsarət alan olmayıb. Uğursuz testə baxmayaraq SpaceX ümid edir ki, Crew Dragon üçün nəzərdə tutulmuş və may ayında keçirilməsi planlaşdırılan Demo-2 missiyası təxirə salınmayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.

×