
'SpaceX'in Falcon Heavy raketi uçuş startına hazırdır (VİDEO)
Elm & Texnologiya
04.01.2018
Emil
“SpaceX” şirkətinin Instagram səhifəsində, yığılmış və uçuşa hazır vəziyyətdə olan Falcon Heavy raketinin videosu təqdim olunub.
Məhz bu raket Falcon 9-u əvəzləyəcək
və şirkətin ən güclü raketi olacaq. Videonun təsvirində qeyd olunub ki, raket
artıq LC-39 kompleksinin start meydançasında yerləşir. Raketin uçuşu bu ay
reallaşdırılacaq. Lakin dəqiq tarix hələki bilinmir. Falcon Heavy-nin Falcon
9-dan fərqliliyi nədədir? Falcon
Heavy raketinin hər 3 bloku 10 mühərrik ilə təchiz olunub.
Buna görə də raket
bir dəfəyə Yer kürəsinin orbitinə 64 ton yük qaldırmaq qabiliyyətinə malikdir.
Bu isə şirkətin öncədən planlaşdırdığından 12 ton çoxdur. Bu göstərici həmdə
Falcon 9-un göstəricisindən 3 dəfə böyükdür. Falcon Heavy də Falcon 9 kimi
çoxistifadəli olacaq və uçuşdan sona Yer kürəsinə qayıda biləcək. Bu raketin
bir uçuşu 90 milyon dollara başa gəlir. Bu isə Falcon 9-un uçuşundan 30 milyon
çoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
