Logo
    main-post-cover

    'SpaceX'in Mars missiyası, NASA-nın gələcəyini sual altında qoyur

    Elm & Texnologiya
    05.10.2017
    Emil
    “SpaceX”in, Mars planetinin mənimsənilməsi planı, getdikcə daha da aydınlaşır.
    Belə ki, Elon Musk, ilk insanları, Mars planetinə çatdıracaq yeni güclü raket barəsində danışıb. Bu özəl şirkətin layihəsi hələ reallaşdırılmasa da, iddiaların miqyası və planın ciddiliyi, NASA-nı artıq təşvişə salıb. Bəzi mənbələrin məlumatlarına əsasən ABŞ höküməti, Musk-ın şirkətinə üstünlük verərək, NASA-nın Mars planeti üzrə proqramının büdcəsini azalda bilər. Keçən ayın sonunda paylaşdığımız xəbərdə qeyd olunmuşdu ki, Musk, Big Falcon Rocket (Big F*cking Rocket) adlı yeni layihəsi haqqında xəbər verib.

    Bu raket, insanları nəinki Dubaydan Londona, həmdə Marsa göndərə biləcək. Bununla yanaşı bu raketdən, Yer kürəsinin orbitinə peyklərin daşınması və BKS (Beynəlxalq Kosmik Stansiya) üçün xidmətlərin göstərilməsində də istifadə olunacaq. Bütün bunları Musk, daha ucuz qiymətə reallaşdıracaq. Musk, Marsa ilk uçuşun dəqiq vaxtını söyləməsə də, həmin hadisənin, 2020-ci ildə baş verəcəyinə söz verib. Mütəxəssislər əmindirlər ki, bu layihə, 2025-ci ildə reallaşacaq.

    NASA isə Marsdan ilk nümunələrin əldə olunmasını, 2026-cı ilə, astronavtların göndərilməsini isə 2030-cu il üçün planlaşdırır. Bununla belə kosmik agentlik, 2020-ci ildən sonra Mars planeti missiyası ilə bağlı dəqiq bir plana sahib deyil. Bundan əlavə olaraq bu ilin İyul ayında NASA, etiraf etdi ki, o, insanların, Marsa göndərilməsi üçün vəsaitə sahib deyil. Bu həftə, Ağ Ev-in tərkibində olan yenilənmiş Kosmik şuranın tərkibi, kosmosun mənimsənilməsi üzrə ABŞ-ın planlarını müzakirə edəcək. Wall Street Journal-ın verdiyi məlumata əsasən çox güman ki, NASA-nın Mars missiyasına ya dəyişiklik ediləcək, yada ona yenidən baxılacaq.

    Şura üzvlərinin, NASA və “SpaceX” arasında seçim etmələri ehtimalı da var. Bununla yanaşı ABŞ administrasiyası, özəl tərəfdaşın olmasında marağını gizlətmir. Şura üzvlərindən birinin fikrincə NASA-nın, Marsı mənimsəmək planı, “SpaceX”in daha əlverişli alternativ həll üsullarının fonunda axmaqlıq kimi görünəcək. Bundan əlavə olaraq agentlik artıq indidən öz bir çox layihəsini maliyyələşdirə bilmir. Qeyd etmək lazımdır ki, “SpaceX”in raketi ilə rəqabətə həmçinin NASA-nın hazırladığı SLS sistemi və Orion kosmik gəmisi girməlidir.

    Hər iki kosmik obyektin hazırlığına NASA, ildə 3 milyard dollar vəsait xərcləyir. Bununla belə, Orion-nun ümumi dəyərinin 56%-ni və SLS sisteminin ümumi dəyərinin 72%-ni, qaimə xərcləri təşkil edir. Həmçinin SLS sisteminin hazırlanmasına start verildiyi gündən onun xərci 3 dəfə artıb. Lakin hazırlığın bitməsi, xərclərin azalması demək deyil. SLS ilə Orion-un hər dəfə işə salınması üçün 2 milyard dollar vəsait lazım olacaq. ABŞ höküməti, NASA-nı, Mars missiyasından yayındırmaq üçün agentliyə təzyiq göstərə və onun bütün resurslarını Ayın mənimsənilməsinə yönləndirə bilər. Belə ki, Donald Trump administrasiyası, belə bir ehtimalın olduğunu bildirib.
    Paylaş
    Bənzər xəbərlər