main-post-cover

    SpaceX-in Starship adlı prototip kosmik gəmisinin testi uğursuz nəticələndi (VİDEO)

    Elm & Texnologiya
    21.11.2019
    Farid Pardashunas
        Starhopper adlı prototip kosmik gəminin testlərinin yekunlaşdırılmasından sonra SpaceX şirkəti Starship kosmik gəmisinin testlərinə start verib. Lakin təəssüflər olsun ki, kosmik gəmi ilk testi keçə bilmədi. Belə ki, kosmik gəmininin sistemlərinin testi çərçivəsində onun yuxarı hissəsi gövdədən ayrıca uçuş startı götürüb. Bu barədə The Verge saytı xəbər verib. İnternetdə ortaya çıxmış videoda şirkətin kosmik gəmisinin sıradan çıxması əks olunub.
        Güman olunur ki, qəza kosmik gəminin soyutma sistemlərinin testi çərçivəsində qaldırılmış təzyiq zamanı baş verib. Nəticədə gövdənin yuxarı hissəsi kosmik gəmidən ayrılaraq uçuş startı sahəsinin yaxınlığına düşüb. “Bugünki testin məqsədi raket sistemlərində təzyiqin qaldırılması idi. Buna görə də əldə edilmiş nəticəni heç də tam gözlənilməz adlandırmaq olmaz. Heç bir ciddi nəticə yoxdur” - deyə şirkət bildirib.
        Sözügedən prototip kosmik gəminin konstruksiyasının test olunması üçün nəzərdə tutulub. Hələ bir neçə müddət bundan öncə SpaceX bildirmişdi ki, raketin tam versiyası artıq aşağı hündürlüklərdə uçuş üçün hazırdır və yaxın aylarda raketin Yer kürəsinin orbitinə göndərilməsi planlaşdırılır. Görünür, bugünki test nəticəsindəki qəza raketin orbitə göndərilmə müddətinin dəyişdirilməsinə səbəb olacaq. Elon Musk qeyd edib ki, qəzaya düşmüş prototip bir daha istifadə olunmayacaq. Onun yerinə şirkət Starship-in digər modelini test edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər