main-post-cover

    SpaceX-in Starship kosmik gəmisi ilk orbital uçuşu zamanı partlayıb (VİDEO)

    Elm & Texnologiya
    20.04.2023
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə SpaceX-in Starship kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdıra bilməməsinə baxmayaraq bugün şirkət bunu etməyi bacardı. Lakin ilk orbital uçuş şirkətin planına uyğun getmədi. İlkin plana əsasən özündə Starship-i birləşdirmiş Super Heavy raketi 240 km yüksəkliyə qalxmalı və daha sonra Starship-i Yer ətrafı uçuşa göndərməli idi. İlk orbital uçuşu zamanı raket 39 km hündürlüyə qalxandan sonra Starship raketdən ayrıla bilmədiyi üçün bütün sistem yüksəklikdə müxtəlif istiqamətlərə manevrlər edərək aşağı düşməyə başlayıb və müəyyən bir anda partlayıb. SpaceX baş vermiş hadisə ilə bağlı məyus deyil. Çünki hər halda o, Starship-i Super Heavy ilə birgə işə salmağı bacarıb. İndi isə şirkətin əsas məqsədi yığılmış bütün məlumatları analiz etmək və növbəti orbital uçuşa daha yaxşı hazırlaşmaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər