main-post-cover

    SpaceX-in Starship kosmik gəmisi ilk orbital uçuşunu gələn həftə reallaşdıra bilər

    Elm & Texnologiya
    11.04.2023
    Farid Pardashunas
        SpaceX artıq uzun müddətdir ki, Starship kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdırmağa çalışır. Lakin indiyənə kimi şirkət bu uçuş missiyasını müxtəlif səbəblərdən təxirə salmalı olub. Artıq çox yaxın zamanda Starship-in ilk orbital uçuşu reallaşa bilər. Şirkət Texas ştatındakı Starbase adlı kosmodromunun start meydançasında Starship-i artıq hazır vəziyyətdə yerləşdirib. Əgər ciddi bir dəyişiklik olmasa Starship ilk orbital uçuşunu gələn həftənin sonuna kimi reallaşdıra bilər. Elon Musk-ın sözlərinə əsasən Starship-in ilk orbital uçuşu böyük ehtimal ilə aprel ayının 3-cü həftəsinin sonuna yaxın baş tutacaq. Musk dəqiq tarixi açıqlamasa da, bəzilərinin fikrincə bu, 20 aprel tarixində ola bilər. Məlumata əsasən şirkət uçuşun reallaşdırılması üçün hələ də müvafiq dövlət orqanından icazə lisenziyasının əldə edilməsini gözləyir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər