SpaceX-in Starship kosmik gəmisinin ilk orbital uçuş testi gələn ayın əvvəlində baş tuta bilər

SpaceX-in Starship kosmik gəmisinin ilk orbital uçuş testi gələn ayın əvvəlində baş tuta bilər

Texnologiya
02.11.2022 PAYLAŞIM

    SpaceX şirkəti gələn ayın əvvəlində bu ilin ən vacib kosmik uçuşunu reallaşdırmağı planlaşdırır. Belə ki, planlaşdırılan kosmik uçuş çərçivəsində şirkət özünün Starship kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdırmaq niyyətindədir. Sözügedən kosmik gəminin ilk orbital uçuş testi çərçivəsində 70 metr hündürlüklü Super Heavy raketi 50 metr hündürlüklü Starship kosmik gəmisini Yer kürəsinin orbitinə çatdırmalı olacaq. İndiyənə kimi şirkət Starship-in yalnız 10 km yüksəkliyə kimi test uçuşlarını reallaşdırıb. Həmin test uçuşları çərçivəsində Starship sisteminin necə çalışdığı və onun eniş prosesi yoxlanılıb. Şirkətin planına əsasən Starship-in ilk orbital test uçuşu zamanı Super Heavy raketi geri dönərək eniş edəcək.

    Starship isə öz növbəsində 90 dəqiqəlik orbital uçuşu reallaşdıracaq. 90 dəqiqəlik orbital uçuşdan sonra isə kosmik gəmi Yer kürəsinin atmosferinə daxil olacaq və Havay adalarının sahillərindən bir neçə km aralıda suya düşəcək. ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) sözügedən test uçuşunun reallaşdırılması üçün nəzərdə tutulmuş lisenziyanı SpaceX-ə hələ təqdim etməyib. Belə ki, şirkət bütün lazımi məlumatların FAA-ya təqdim edilməsi prosesini hələ yekunlaşdırmayıb. Bu isə öz növbəsində dekabr ayının əvvəlinə planlaşdırılan uçuş missiyasının müddətini təxirə sala bilər.


    Qeyd etmək lazımdır ki, keçən il NASA astronavtların Aya çatdırılması missiyasında istifadə ediləcək kosmik gəmi qismində Starship-i seçmişdi. Bu missiyanın 2025-ci ildə baş tutacağı planlaşdırılır. Bu mövzu ilə əlaqədar olaraq NASA şirkət ilə 3 milyard dollarlıq müqavilə bağlayıb. Müqavilənin şərtlərindən biri də odur ki, SpaceX ilk öncə öz kosmik gəmisinin bir neçə orbital uçuş testini reallaşdırmalıdır. Dekabr ayının əvvəlinə planlaşdırılan orbital test uçuşu nəzərdə tutulmuş 4 orbital test uçuşundan birincisi olacaq. Bütün testlərdən sonra Starship SpaceX-in universal raket sisteminə çevrilə və Falcon 9-u əvəz edə bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×