main-post-cover

    SpaceX-in Starship kosmik gəmisinin növbəti prototipinin testi uğursuz keçib (VİDEO)

    Elm & Texnologiya
    30.03.2021
    Farid Pardashunas
        SpaceX şirkəti özünün Starship kosmik gəmisinin növbəti prototipinin uçuş testini reallaşdırıb. Lakin təəssüf ki, SN11 adlı prototip uçuş testi çərçivəsində partlayıb. Şirkət prototipin partlayış səbəbini araşdırmağa davam edir. Bu barədə Techcrunch saytı xəbər verib. Hal hazırda SpaceX-in əsas məqsədi Starship kosmik gəmisinin prototipini 10 km hündürlüyə qaldırıb onu uğurlu şəkildə endirməkdir. Şirkət eniş prosesi zamanı prototipin mühərriklərinin söndürülməsini planlaşdırır.
        Güman olunur ki, nəticədə aerodinamik tormozlanma ilə mühərriklərin yenidən aktivləşdirilməsi sayəsində kosmik gəmi şaquli vəziyyətə geri qayıdacaq. Daha sonra isə kosmik gəmi uğurla eniş sahəsinə enməlidir. Lakin hələki şirkət buna nail ola bilməyib. Əvvəlki testlər kimi bu test də Texas ştatındakı SpaceX tədqiqat mərkəzində reallaşdırılıb. Qeyd etmək lazımdır ki, Starship-in əvvəlki SN10 adlı prototipi 4 mart tarixində uçuş testindən keçmişdi.
        Həmin testdə prototip uğurla eniş prosesini reallaşdırmışdı. Lakin enişdən bir neçə dəqiqə sonra prototip partlamışdı. SN10-un partlama səbəbi isə eniş prosesində aldığı zədələnmə idi. SpaceX-in planına əsasən Starship çoxistifadəli kosmik aparat rolunda çıxış edəcək və onunla Aya, Marsa səyahət etmək mümkün olacaq. Elon Musk məhz Starship vasitəsilə ilk insanları Marsa yollamağı planlaşdırır. SpaceX artıq bu il Starship-in Super Heavy raketi vasitəsilə orbital uçuşunu planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər