SpaceX-in Starship kosmik gəmisinin prototipi sonunda testdən uğurla keçdi (VİDEO)
Elm & Texnologiya
05.08.2020
Farid Pardashunas
Crew Dargon kosmik gəmisinin BKS-dən (Beynəlxalq Kosmik Stansiya) Yer kürəsinə qayıtdıqdan iki gün sonra SpaceX şirkəti özünün Starship kosmik gəmisinin prototipinin testini davam etdirdi. Bir sıra uğursuz testlərdən sonra SpaceX-in sayca 5-ci Starship prototipi bu dəfə testdən uğurla keçdi. Bu barədə The Verge saytı xəbər verib.
Şirkət sonunda kosmik gəminin prototipinin ilk uçuşunu reallaşdıraraq onu göyə qaldıra bilib. Belə ki, prototip model ilk önə 152 metr hündürlüyə qalxıb və daha sonra uğurla eniş edib. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Starship-i Aya və Marsa olacaq uçuşlarda istifadə etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, testdən keçmiş prototip model sadəcə 1 ədəd Raptor mühərrikinə sahib olub.
Kosmik gəminin final versiyası isə 6 dədə Raptor mühərriki ilə təchiz olunmalıdır. Şirkətin hesablamalarına əsasən 6 Raptor mühərrikinə sahib olacaq Starship-in final versiyası 120 metr hündürlüyə və 10 metr diametrə sahib olacaq. Bununla yanaşı mühəndislərin sözlərinə əsasən bu kosmik gəmi Yer kürəsinin aşağı orbitinə 100 ton yük daşıya biləcək. Planetlərarası uçuşlar üçün isə Starship-ə Super Heavy adlı böyük sürətləndirici raketin quraşdırılması planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)