
SpaceX-in yeni zavodu il ərzində 1000 ədəd Starship istehsal edə biləcək
Elm & Texnologiya
03.06.2025
Emil
Elon Musk Texasda dünyanın ən böyük istehsalat kompleksi - Gigabay adlandırılan müəssisənin inşasını elan edib. SpaceX bu mərkəzdə ildə 1000-ə qədər çoxistifadəli Starship raketini istehsal etməyi planlaşdırır. Musk-ın sözlərinə görə, bu, Marsa müntəzəm uçuşların və orada daimi koloniyanın yaradılması kimi iddialı hədəfin reallaşdırılması üçün əsas addımdır. O, həmçinin qeyd edib ki, şirkət ion mühərriklərindən istifadə etməyi planlaşdırmır, çünki bu sistemlər çox güclü enerji mənbələri tələb edir. Bunun əvəzinə, daha uzun uçuş müddətinə baxmayaraq, 4 dəfə çox faydalı yük daşımağa imkan verən kimyəvi itələmə sistemi seçilib. SpaceX əməkdaşları qarşısında çıxış etmiş Elon Musk, Texasda Gigabay adlandırılan nəhəng bir kompleksin inşası ilə bağlı planlarını açıqlayıb.

Onun sözlərinə görə, bu obyekt dünyanın ən böyüyü ola bilər və ildə 1000 ədəd Starship kosmik gəmisi istehsal etmək gücündə olacaq. Zavod çoxistifadəli raketlərin istehsalı üçün optimallaşdırılmış qabaqcıl avtomatlaşdırılmış yığım xətlərindən istifadə edəcək. Gələcəkdə Floridada da belə bir kompleksin tikilməsi planlaşdırılır. Bütün bu layihələr SpaceX-in iddialı məqsədinə - Marsın mümkün qədər tez kolonizasiya edilməsi üçün gündə bir neçə raket buraxılışı həyata keçirmək hədəfinə xidmət edir. Milyarder həmçinin bildirib ki, şirkətin çoxistifadəli Super Heavy raketləri bir gün hər saatda, bəlkə də 2 saatdan bir, kiçik fasilələrlə uçuş edə biləcəklər. O, əlavə edib ki, SpaceX nəticədə hər 2 ildən bir açılan uçuş pəncərəsində Marsa 1000-2000 arası raket buraxmalıdır ki, orada koloniya qurulması üçün lazım olan yüklər daşına bilsin.

Elon Musk bildirib ki, SpaceX yaxın gələcəkdə Marsa uçuşlar üçün ion mühərriklərindən istifadə etməyi planlaşdırmır, çünki belə sistemlər çox güclü enerji mənbələri tələb edir. Bunun əvəzinə, şirkət kimyəvi mühərriklərə üstünlük verir. Onun sözlərinə görə, kimyəvi itələmə ilə uçuş təxminən 2 dəfə daha çox vaxt aparacaq, lakin bu, ion mühərrikləri ilə müqayisədə 4 dəfə çox faydalı yük daşımağa imkan verəcək. Musk həmçinin yüzlərlə ton yanacaq və yük daşıyan ağır Starship-in Marsın seyrək atmosferində - onun sıxlığı Yer atmosferinin cəmi 1%-i qədərdir - necə eniş edəcəyi sualına cavab verib. O, izah edib ki, bu atmosfer, kosmik gəmini ikinci kosmik sürətdən səsə yaxın sürətə qədər yavaşlatmağa kifayət edir və bu, yanacaqdan istifadə etmədən mümkündür. Lakin yumşaq eniş üçün ciddi yanacaq ehtiyatı və etibarlı reaktiv mühərriklər tələb olunacaq.
Mənbə: Telegraph
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
