SpaceX NASA ilə birlikdə BKS-ə ilk özəl uçuş reysininin tarixini elan etdi

SpaceX NASA ilə birlikdə BKS-ə ilk özəl uçuş reysininin tarixini elan etdi

Texnologiya
11.10.2019 PAYLAŞIM

    SpaceX şirkəti Marsa yollanmaq üçün nəzərdə tutulmuş kosmik gəmidən əlavə həmçinin insanların Yer kürəsinin orbitinə göndərilməsi üçün olan texnologiyalara da sahibdir. Onların sırasında Crew Dragon kosmik gəmisi var. Beləliklə SpaceX şirkətinin CEO-su Elon Musk NASA agentliyinin rəhbəri Jim Bridenstine ilə birlikdə Crew Dragon kosmik aparatının BKS-ə (Beynəlxalq Kosmik Stansiya) idarə olunan uçuşun reallaşdırılmasına hazır olduğunu elan edib. Bu barədə The Verge saytı xəbər verib. Bununla yanaşı həmin uçuşun nə zaman reallaşdırılacağı barəsində də məlumat verilib.

    Konfrans çərçivəsində NASA rəhbəri bildirib ki, əgər hər şey plana uyğun getsə, ilk uçuş gələn ilin birinci rübündə reallaşdırılacaq. Hal hazırda NASA astronavtlarının kosmosa göndərilməsi uğrunda SpaceX şirkəti Boeing ilə yarışır. Buna baxmayaraq bu şirkətlərdən heç biri hələ idarə olunan uçuşu təşkil edə bilməyiblər. Commercial Crew proqramı çərçivəsində astronavtların kosmosa çatdırılması hələ 2017-ci il üçün planlaşdırılırdı. Lakin NASA dəfələrlə bu proqramı təxirə salmalı olub. Bu ilin mart ayında SpaceX şirkəti Crew Dragon-un pilotsuz versiyasını BKS-ə göndərmişdi.


    Nəticədə kosmik aparat uğurlu şəkildə BKS ilə birləşmişdi və daha sonra Yer kürəsinə geri qayıtmışdı. Lakin bir ay sonra həmin kosmik gəmi Yer səthindəki testlər çərçivəsində yandı. Nəticədə həmin aparatın daxil olduğu proqram müəyyən müddətlik təxirə salındı. SpaceX hələ kiçik mühərriklər ilə bağlı problemi aradan qaldırmayıb. Məhz həmin problem nəticəsində əvvəlki testlərdə kosmik aparat yanmışdı. Həmçinin kosmik aparatın paraşüt sistemi də düzgün çalışmır.

    Musk ilk idarə olunan uçuş startına kimi digər problemlərin də aşkar ediləcəyini istisna etmir. Buna baxmayaraq partnyorlar əmindirlər ki, bütün problemlərin aradan qaldırılmasından sonra astronavtlar artıq özəl şirkətin köməkliyi ilə BKS-ə gələn ilin birinci rübündə yollana biləcəklər. Konfrans çərçivəsində Musk ilə NASA rəhbəri onu da qeyd ediblər ki, onlar astronavtların həyatarının təhlükəsiz şəraitdə olduqlarına əmin olmayınca həmin uçuş reallaşdırılmayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×