SpaceX orbitdə nəhəng peyk şəbəkəsi qurmaq istəyir
Elm & Texnologiya
02.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, SpaceX ABŞ-ni`n Federal Communications Commission (FCC) qurumuna müraciət edərək süni intellekt üçün nəzərdə tutulan, günəş enerjisi ilə işləyən 1 milyonadək peykdən ibarət nəhəng orbit şəbəkəsi qurmaq istədiyini bildirib. Şirkətin təqdim etdiyi sənədlərə görə, bu peyklər faktiki olaraq kosmosda yerləşən data mərkəzləri kimi fəaliyyət göstərəcək.
SpaceX layihəni yalnız texnoloji təşəbbüs kimi deyil, həm də “bəşəriyyətin Kardashev II səviyyəli sivilizasiyaya doğru ilk addımı” kimi təqdim edir. Bu anlayış Günəşin enerjisindən tam şəkildə istifadə edə bilən sivilizasiya modelinə işarə edir. Şirkət həmçinin bu təşəbbüsün insanlığın çoxplanetli gələcəyini təmin edəcəyini iddia edir. The Verge qeyd edir ki, 1 milyon peyk üçün birbaşa icazə verilməsi real görünmür və bu rəqəm daha çox FCC ilə aparılacaq danışıqlar üçün başlanğıc mövqedir. Xatırladaq ki, FCC yaxın zamanda SpaceX-ə əlavə 7 500 Starlink peyki üçün icazə versə də, qalan 14 988 peyk üzrə qərarı təxirə salmışdı. Hazırda Yer orbitində təxminən 15 min süni peyk mövcuddur. Bu məlumat European Space Agency tərəfindən açıqlanıb və artıq kosmik tullantılar, işıq çirkliliyi və toqquşma riskləri ciddi narahatlıq doğurur.
Maraqlıdır ki, bu müraciət Amazon şirkətinin raket çatışmazlığı səbəbilə FCC-dən 1 600-dən çox peyki orbitə çıxarmaq üçün verilən müddətin uzadılmasını istədiyi dövrə təsadüf edir. Eyni zamanda, SpaceX-in Tesla və xAI ilə birləşmə ehtimalı da müzakirə olunur. Bu addımın mümkün IPO öncəsi strateji hazırlıq olduğu bildirilir.
Paylaş